Ulduz falı – Axşam saatlarında normal istirahət etməyə çalışın
Qoç - hadisələrlə zəngin gündür. Enerjili və aktiv davranmağa
çalışın. Yaxın ətrafınızdakı insanlar sizdən yardım və dəstək
istəyir, diqqət və qayğı tələb edirlər.
Öz işlərinizi unudaraq başqalarının problemləri ilə məşğul olmayın.
Bir qədər tənəffüs edin, dincəlin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə romantik "yellər" əsə
bilər. Yeni tanışlıqlarda ehtiyatlı olun. İlkin təəssürata çox
inanmayın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Buğa - maliyyə öhdəlikləri götürməyin. Bilik və bacarıqlarınızı
nümayiş etdirin. Çətin işlərə başlamaqdan çəkinməyin. Həmin işdə
uğur qazanacaqsınız. Gərəkli nəticəni düşündüyünüz vaxtdan da tez,
sürətlə əldə edə biləcəksiniz.
Rəğbət bəslədiyiniz insanla ünsiyyətdə səmimi və qayğıkeş olun.
Günün ikinci yarısında sayıq davranın. Faydalı biliklər və gərəkli
məlumatlar əldə etmək şansından yararlanın.
Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Aktiv və enerjili
olun. Yorğunluq hiss etməyəcəksiniz. Bütün günü çalışmalı olsanız
da, ruhdan düşməyin. Gözlənilməz hədiyyələr və xoş sürprizlər
olacaq.
Əkizlər - asan olmayan, amma maraqlı və yaddaqalan zamandır.
Təşəxxüslü olmayın və etiraf edin ki, hələ bilmədiyiniz,
öyrənməyiniz gərəkən çox nəsnə var. Sizə yaxşı məsləhət verəcək
adam xoşlamadığınız şəxs də ola bilər. Fərdlərə yox, sözlərə və
niyyətlərə fikir verin.
Günün ikinci yarısında münaqişəyə qatılmayın. Vəziyyət
gərginləşəndə aranı zarafatla soyutmaq yaxşı ideya deyil.
Pulla ehtiyatlı olun, lazım olduğundn artıq xərcləməyin. Ehtiyac
duymadığınız əşyalar almayın. Borc alıb borc verməyin.
Xərçəng - asan qələbələr və sürətli irəliləyişin olacağını
düşünməyin. Məqsədinizə
nail ola bilərsiniz, amma ciddi səy göstərməlisiniz. Planda
tutduğunuz tədbiri unutmayın. Önəmli şəxslərlə görüşdə məntiqli
davranın.
Yola çıxsanız, ehtiyatlı olun, çünki xoşagəlməz hadisə riski
artıb.
Günün ikinci yarısında maliyyə məsələlərində əlverişli vəziyyət
müşahidə olunacaq. Sevdiyiniz insan işlərinizlə maraqlanacaq.
Bir qədər romantik olun.
Şir - təxribatlara uymayın. Sizi təbdən çıxarmağa, sinirləndirməyə
çalışacaqlar. Təmkinli olun, soyuqqanlı davranın. Sizdən öz
maraqları üçün istifadə etməyə çalışan insanın hiyləgərliyinə
aldanmayın. Yaşlı nəsil mənsubları ilə münasibətlər gərginləşəcək.
Onlar fikirlərinizi anlamırlar, mövqeyinizi qəbul etmirlər.
Günün ikinci yarısında intriqa, hiyləgərlik, avantüraya qatılmayın.
Səmimi və şəffaf olmağa çalışın. Axşam saatlarıda zahiri
görünüşünüzün qüsursuz olması qarşı tərəfdə xoş təəssürat
yaradacaq.
Qız - hadisələrlə zəngin, intensiv gündür. Müsbət təmayüllərin
təsiri az deyil. Hədəfə çatmaq üçün alternativ yollar görünür.
Çoxdan bəri maraqlandığınız insanda özünüzə rəğbət oyatmaq
şanslarınız var. İmici yeniləyin. Orijinal, ekstravaqant
vasitələrlə problemləri həll etmək olar.
Günün ikinci yarısında dövlət qurumlarından birinin mənsubu ilə
danışıqlarda diqqətli olun. Maraqlı tanışlıq ola bilər.
Hüquqlarınızın tapdanmasına imkan verməyin.
Tərəzi - qarışıq, laübəli gündür. Bədxahlardan birinin səbrlə
hazırladığı məkrli planın, təcrübəli manipulyatorun fitnəsinin
qurbanı olmayın. Ətrafınızdakı insanların məsləhətləri ilə
müqayisədə öz məntiqinizə güvənin. Tələyə düşsəniz, qurtulmaq asan
olmayacaq.
Etibar etdiyiniz və güvəndiyiniz insan günün ikinci yarısında
qəribə davranacaq. Bir qədər diqqətli olsanız, onun əməlləri və
sözlərinin əsl səbəblərini anlaya bilərsiniz.
Səhhətinizdə problemlər mümkündür. İzafi yorğunluğun fəsadları üzə
çıxacaq. Adi günlərdən fərqli olaraq indi tez yorulduğunuzdan ağır
işə başlamayın. Bəzi planları təxirə salın.
Əqrəb - düşərli zamandır və şəraitdən yararlanın. Qarşınıza
qoyduğunuz məqsədlərə çatmaq üçün inamla irəliləyin. Yeni nə isə
öyrənmək, faydalı təcrübəni əxz etmək şanslarını dəyərləndirin.
Müxtəlif mənbələrdən faydalı məlumatlar əldə edə bilərsiniz. Fəqət
bu informasiyaların dürüstlüyünü yoxlamaq ən önəmli məsələdir.
Ehtiyatı əldən verməsəniz, rəqiblərlə bədxahları üstələyə
bilərsiniz.
Günün ikinci yarısında çoxdan tanıdığınız, həmkar və ya dost
saydığınız insanla münasibətlərdə yeni mərhələ başlanacaq.
Axşam saatlarına yaxın yaradıcılıq potensialı artacaq. Təxəyyüldən
bəhrələnməyi unutmayın.
Oxatan - sakit, rəvan zamandır. Günün ilk yarısında məhsuldar
çalışmaq olar. Əvvəllər başladığınız işləri başa vurun. Həftənin
ilk günlərindən etibarən sizi narahat edən məsələnin çözülməsi üçün
zaman limiti bitməkdədir. Dostlarla görüşün. Qüvvənizini bərpa
edin, səhhətinizin qeydinə qalın.
Kulinar eksperimentlər uğurlu alınacaq.
Günün ikinci yarısında yaradıcı eksperimentlər aparmaq olar. Mənfi
təmayüllərin təsirini emosional durumunuzda hiss edəcəksiniz.
Qıcıqlanmayın, küsməyin, hirslənməyin. Sevdiyiniz insanla
ünsiyyətdə səmimi və nikbin olun.
Oğlaq - çox mürəkkəb zamandır. Mühüm qərar qəbul etməli
olacaqsınız. Belə qərara mənəvi baxımdan hazır olmasanız da, yaxın
ətrafınızdakı insanların maddi rifahı və təhlükəsizliyinin təminatı
üçün addım atmalısınız. Situasiya ağırlaşır. Nə qədər çalışsanız
da, problemlərin sayı azalmayacaq.
Narahat olmayın. Çətinliklərin öhdəsindən gələcəksiniz.
Günün ikinci yarısında aktivliyi bir qədər azaldın. Səhhətinizin
qeydinə qalın, idmanla məşğul olun. Daha pozitiv olun. Sevdiyiniz
insanla danışa bilərsiniz.
Dolça - günün ilk yarısı uğurlu olsa da, ciddi iş və ya
genişmiqyaslı layihə planlaşdırmayın. Sadəcə, hadisələrin axarı ilə
hərəkət edin. Belə olarsa, qarşınıza qoyduğunuz məqsədlərə çatmaqla
yanaşı, niyyətlərinizi gerçəkləşdirə bilərsiniz.
Yeni bilik və informasiyanın əldə olunması, dünyagörüşün
genişləndirilməsi üçün münasib zamandır.
Günün ikinci yarısında danışıqlar apara bilərsiniz. Səfər istisna
deyil. Yola düşərkən heç nəyi yaddan çıxarmayın.
Axşam saatlarında alış-verişə yollanmaq olar.
Balıqlar - günün ilk yarısında ciddi problemlər yaranarsa, təlaşa
düşməyin. Mənfi təmayüllərin təsiri güclü olsa da, bu situasiya
uzun çəkməyəcək. Bir sıra məqamların uğurlu təsadüfi qarşınıza
qoyduğunuz məqsədlərə daha sürətlə və effektiv şəkildə çatmağa
imkan verəcək. Əməkdaşlıq üçün yaxşı zamandır.
Günün ikinci yarısında birgə layihəyə qatılın. Uzun müddətdən bəri
görüşmədiyiniz insanla görüşə bilərsiniz.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Enerjinizi pozitiv məcraya
yönəldin. İmiclə eksperimentlər uğurludur. Zahiri görünüşünüzün
qayğısına qalın.