Ulduz falı – Özünüzdən razı olacağınız gündür
Qoç
Işgüzarlıq sferasında alacağınız təkliflərdən yararlanın ki, bir də
belə fürsət əlinizə düşməyəcək. Idmanla məşğul olmaq, aktiv
istirahət etmək üçün əlverişli gündür.
Buğa
Özünüzdən razı olacağınız gündür. Ətrafdakılarla yaxşı dil
tapacaqsınız. Sizin yardımınıza etiyacı olanları diqqətdən kənarda
qoymayın.
Əkizlər
Təhsildə uğurlar gözlənilir. Mötəbər şəxslərdən əməkdaşlıq təklifi
gələ bilər. Axşam saatlarında istirahət edin ki, sabahkı günə
gümrah başlayasınız.
Xərçəng
Işinizdə diqqətli olun. Çalışın vaxtınızı səmərəli keçirin. Işlə
bağlı təkliflər olacağı istisna deyil. Şəxsi müstəvidə vəziyyət
sabit qalacaq.
Şir
Alış-veriş üçün də münasib gündür. Zövqünüzə əsəd aparanlarda
tapılacaq. Işdə vəziyyət sabit olacaq. Axşam saatlarını sakitlikdə
keçirin.
Qız
Həmkarlarla münasibətinizin korlanmasına şərait
yaratmayın.Məsuliyyətsiz olmayın, əks halda iş yerinizdə problemlər
yaşanacaq. Müdriyyətlə aranızda fikir ayrılığı da istisna
deyil.
Tərəzi
Ailə-mənişət problemləri yaşanacaq. Təmkinli olun, əsəblərinizi
cilovlayın. Işinizdə problemlər yaşanacaq. Pulunuza qənaət edin,
israfçılıq etməyin.
Əqrəb
Bütün problemlərinizi ailə üzvlərinizlə birlikdə əll etməyə
çalışın. Qənaət edin ki, pul toplayıb bir sıra məişət
problemlərinizi yoluna qoya biləsiiz.
Oxatan
Sevdiyiniz şəxslə aranızdakı münasibətlərə diqqət yetirin. Qarşı
tərəfin küsməsinə şərait yaratmayın. Işdə sabit vəziyyəti
qarışdırmaq istəyən olacaq. Dedi-qodulardan uzaq durun.
Oğlaq
Səhhətinizə laqeyd yanaşmayın. Günün birinci yarısında vacib
işlərinizi həll edin ki, işlərin gedişində ləngimələr yaşanmasın.
Ətrafdakılarla mehriban və səmimi olun.
Dolça
Bu gün ev işləri görmək, xırda təmirlə məşğul olmaq üçün
münasibdir. Yarımçıq qalmış işlərinizi tamamlayın. Bu günün işini
sabaha qoymayın.
Balıqlar
Bu gün əhatənizdəkilərin sizi anlamamasından gileylənəcəksiniz.
Ulduzlar nikbin olmağa çağırır. Yaxşı olar ki, fikirlərinizi
dağıdacaq bir məşğuliyyət tapasınız.