VİDEO - Afiq Novruzov "Gürcüstan Ulduzu" musiqi müsabiqəsindən uzaqlaşmasının səbəbini bilmir
Marneulili repçi Afiq Novruzov (Nato) Gürcüstan
ictimai televiziyasında yayımlanan “Gürcüstanın ulduzu” musiqi
müsabiqəsinə qatılmışdı.
“Gürcüstan ulduzu” musiqi müsabiqəsində iştirak edən iştirakçılar
müsabiqədə qalib olduqları təqdirdə “Eurovision 2019” da Gürcüstanı
təmsil etmə hüququ qazanırlar.
Afiq Novruzov "Gürcüstan ulduzu" musiqi müsabiqəsinin ikinci
turunda göstərmiş olduğu şou ilə münsiflərin rəğbətini qazanaraq
müsabiqədə qalma şansı əldə etmişdi.
Bir həftə sonra hazırladığı şousunu münsiflərə təqdim edəcək olan
gənc repçi 8 yanvar tarixində maraqli hadisə ilə qarşılaşıb.
"Gündəlik Gürcüstan" facebook səhifəsində açdığı canlı yayım
vasitəsi ilə Afiq Novruzov izləyicilərə qatıldığı müsabiqədən
uzaqlaşdırıldığı xəbərini verib. O, qeyd edib ki, bu gün
izləyicilərə göstərəcəyi şou haqqında məlumat verməli idi.
Lakin, ona gələn zəngdən sonra müsabiqədən uzaqlaşdırıldığı
xəbərini alıb. Gənc repçi müsabiqədən hansı səbəblə
uzaqlaşdırıldığı haqqda xəbərsiz olduğunu deyib.
Onun hansı səbəblə müsabiqədən uzaqlaşdırılması Afiq Novruzov və
sevənləri üçün maraq doğurub.
Qeyd edək ki, “Gürcüstan ulduzu” musiqi müsabiqəsi "American
İdol"un analoqudur.