Xəta
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Xəbərlər
“Era” teatrı qısa film müsabiqəsi elan edir (VİDEO)
“Era Teatrı” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin birgə layihəsi olan qısa film müsabiqəsi elan olunur. Müsabiqədə ilk üç yeri tutanlara müvafiq olaraq 250 lari, 150 lari və 100 lari həcmində pul mükafatı veriləcək.

Müsabiqəyə son qatılma tarixi 27 may tarixidir. 27 mayadək filminizi CLOAKING ünvanına göndərməlisiniz. Filmi göndərərkən adınızı, soyadınızı və filmin adını qeyd etməlisiniz. Qalib filmlər həm münsiflərin, həm də izləyicilərin dəyərləndirməsi ilə seçiləcək.

Müsabiqənin şərtləri belədir:

1) Filmin uzunluğu maksimum 3 dəqiqə olmalıdır.
2) Film istənilən mövzuda və istənilən janrda ola bilər. Lakin dini dəyərləri, etnik kimliyi və siyasi ideologiyaları hədəf alan mövzulara müsabiqədə yer verilməyəcək.
3) Müsabiqəyə yaşından asılı olmayaraq hər bir Gürcüstan vətəndaşı qatıla bilər.
4) Müsabiqənin şəffaflığına kölgə düşməməsi üçün “Era Teatrı”nın üzvləri müsabiqəyə qatıla bilməyəcəklər.


Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə paylaşılmış və ya plagiat olduğu aşkarlanan filmlər müsabiqədən kənarlaşdırılacaq.



Müəllif: İdris Rüstəmov
"Marneuli" Radiosu
FaceBook Twitter Google