Bolnisi kinoteatrının binası illər ərzində tərk edilmişdi.
Fəaliyyətsiz qalmış kinoteatrın tavanı, divarları və döşəməsi xarab
olub, təmirə ehtiyac var.
Ancaq buna baxmayaraq gənclər yenə də kinolar nümayiş
etdirirlər.
2014-cü ildən Bolnisi gənclərinin təşəbbüs qrupu kinoteatrı
canlandırmağa qərar verib. Ondan sonra uzun yol keçiblər, çox sayda
problemlə qarşılaşıblar. Ancaq buna baxmayaraq məqsədlərinə nail
oldular və artıq iki aydır ki, kinoteatrda filmlər nümayiş
etdirilir.
“Buraya gələn hər hansı şəxs görür ki, bina qəzalı
vəziyyətdədir. Ancaq bir halda ki, işə başlanılıb, binada hər şeyin
ideal olacağı məqamı gözləməyəcəyik”, – Bolnisi
kinoteatrı təşəbbüs qrupunun üzvlərindən Lazare Qobacişvili
bildirdi.