Marneuli Mədəniyyət Evi yeni il həftəsi çərçivəsində keçiriləcək
tədbirləri elan edib.
Mədəniyyət Mərkəzi 2023-cü ilin gəlişinə həsr edilmiş
fəaliyyətlərin həyata keçirilməsinə 8 dekabrda yerli rəssam Xəyalə
Mustafayevanın fərdi sərgisini keçirməklə başlayıb. Bu gün, 21
dekabr tarixində Mədəniyyət Mərkəzinin vokal studiyasının yeni il
konserti planlaşdırılır. Konsert saat 15:00-da başlayacaq.
Planlaşdırılan tədbirləri və qrafiki sizə təqdim edirik:
- 22.12.2022- “İriao” Etno-caz qrupunun konserti
(Mədəniyyət Nazirliyinin dəstəyi ilə)-saat 16:00.
- 23.12.2022- Marneuli şəhərinin İctimai Kitabxanasının
tədbiri – uşaq yazıçıları ilə yeni il görüşü – saat
15:00
- 23.12.2022 – “Sehrli ziyafət” teatr tamaşası (premyera
1 seans) – saat 17:00.
- 25.12.2022 –
- 26.12.2022 - “Sehrli ziyafət” teatr tamaşası (təkrar
nümayiş 2 seans) (1 seans aztəminatlı uşaqlar üçün) – saat 17:00 və
18:00
- 27.12.2022 - “Sehrli ziyafət” teatr tamaşası (təkrar
nümayiş) saat 17:00 və 18:00
- 27.12.2022- Musiqi məktəbinin şagirdlərinin yeni il
konserti – saat 16:00
- 28.12.2022- Amerika Guşəsinin yeni il tədbiri
(Səfirlikdən spiker, oyunlar, karaoke, hədiyyələrin verilməsi və
s.) saat 14:00
- 28-29.12.2022 – Mədəniyyət Mərkəzi və Armen
Hovanesyanın Kukla Teatrının kənddə yaşayan uşaqlara birgə
hədiyyəsi – “Armenin kuklalarının yeni il səyahəti” kukla konserti
(məkan 5 kəndin bağçası; pulsuz nümayişlər)
