Tbilisidə Qardabanili gənc heykəltəraş-rəssamın "Üsyan" adlı sərgi keçiriləcək
10 sentyabr tarixində əslən Qardabanidən olan gənc heykəltəraş-rəssam Rasim Həsənovun Tbilisidə "Üsyan" (Revolt) adlı sərgisi keçiriləcək. Sərgi Tbilisidə yerləşən Milli Qaleriyada baş tutacaq.

Heykəltəraş-rəssam Rasim Həsənovun sözlərinə görə, sərgi sentyabrın 19-a qədər davam edəcək.

"Sərgimiz sentyabrın 10-da açılacaq. Həmin günü saat 18:00-dan, 20:00-a kimi pulsuz olacaq. Digər günlərdə isə sərgiyə giriş biletlə olacaq. Sərgidə 15 rəsm və 23 heykaldən rəsmə sintez olunan əsərlərim nümayiş etiriləcək. Bu mənim ikinci fərdi sərgimdir. Birinci fərdi sərgim Rustavi şəhərində keçirilmişdi və demek olar ki, iştirakçılar tərəfindən normal qarşılanmışdı".

Həsənovun dediyinə görə, sərgi Milli Qaleriya tərəfindən təşkil edilib. O, çox sevinir ki, onun əsərləri Tbilisidə nümayiş etdiriləcək.

"Mən işlərimi Milli Qaleriyaya göndərdim və tenderdə qalib gəldim. Komisiya məni qəbul etdi. Bir neçə xərcləri özüm ödəyəsi oldum. Bura baner və yol xərcləri daxildir. Buna baxmayaraq çox sevincliyəm ki, mənim sərgim Milli Qaleriyada keçiriləcək".

Gənc rəsamın sözlərinə görə, on ilə yaxındır ki, bu işlə məşğuldur. Bu iş onun üçün çətin olsa da öhdəsindən gəlməyə çalışır.

"Gürcüstanda hər sənətlə məşğul olmağa görə, qəhrəman mükafatı düşür. Çünki, bir çox insanları bu mühit sındıra bilir. Cəmiyyətin dəyərləri sənətkarını dəyərləndirəndə hər şey tamamilə fərqli olur. Bu toqquşma mübarizəsi yaradır və bu mübarizədə qalib gəlmək üçün güclü olmalısan".

Qeyd edək ki, heykəltəraş-rəssam Rasim Həsənovun ilk sərgisi 2018-ci ildə, Rustavidə baş tutub. O, düşünür ki, onun hazırladığı əsərlər gələcəkdə də nümayiş etdiriləcək.

Print Email
FaceBook Twitter Google