"Marneuloba 2023"- də Nino Çxeidze və Gecə Şousu qrupu ifa edəcək
"Marneuloba 2023-də Nino Çxeidze və Gecə Şousu qrupu ifa edəcək. Bu barədə yerli özünüidarə məlumat yayır və yazır ki, tədbir çoxsaylı aktivliklərlə dolu olacaq.

"Qeyd edilməlidir ki, Marneuloba genişmiqyaslı tədbiri ilk dəfə keçirilir və Marneuli bələdiyyəsinin rəngarəng mədəniyyəti, müxtəlif etnosların birgə yaşamına xidmət göstərir".

Tədbirin keçiriləcəyi yer: "Yenə də böyüyəcəklər" abidəsinin ərazisi

Proqram başlayır: Saat 13:00
  • 13:00 - yerli sahibkarların məhsullarının sərgi-satışı;
  • 14:00 - açıq səma altında muzey - Marneulinin inzibati vahidlikləri tərəfindən təqdim olunmuş ənənəvi gürcü, azərbaycan, erməni, yunan mətbəxinin dequstasiyası və etnoqrafik nümunələrin sərgisi;
  • 14:00-15:00 - uşaqlar üçün nağıl qəhrəmanlarının iştirakı ilə animatorların əyləncəli şousu.
  • 14:30 - masterklasslar: üzümün sıxılması, çörək bişirmə, sucuq hazırlanması; Müxtəlif idman aktivlikləri həyata keçiriləcək;
  • 15:00 - yerli ifaçıların iştirakı ilə konsert; Hucabi ansamblı.
Rəsmi şəxslərin çıxışı;
  • 18:30-19:10 - Müğənni Nino Çxeidze.
  • 19:10-20:10 - Gecə şousu qrupu
  • 20:10 - Atəşfəşanlıq.
Yerli özünüidarəetmənin təşəbbüsü ilə tədbirdə bələdiyyə nəqliyyatı vətəndaşlara pulsuz xidmət göstərəcək.

Print Email
FaceBook Twitter Google