Kölgə teatrı Xocorni və Tamarisi kəndlərində tamaşa nümayiş etdiriləcək
Marneulidə, Xocorni və Tamarisi kəndlərində “İlin dörd fəsli” tamaşası nümayiş etdiriləcək. “Budruqana-Qaqra” dövlət kölgə teatrı 25 və 29 sentyabrda Marneuli bələdiyyəsinə gələcək.

Tamaşa nümayiş olunacaq və masterklasslar keçirəcəklər. Marneuli Mədəniyyət Mərkəzinin məlumatına görə, layihə Gürcüstan Mədəniyyət, İdman və Gənclər Nazirliyinin maliyyəsi ilə həyata keçirilir. Layihənin tərəfdaşları Marneuli meriyası və Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzidir.

Görüş eləcə də “İakob Qoqebaşvili – həyat və vətəndaşlıq” maarifləndirici sənədli-animasiya filminin nümayişini də əhatə edir.

Tamarisi kəndində tamaşa 25 sentyabr saat 15:00-da keçiriləcək. Xocorni kəndində isə 29 sentyabr saat 13:00-da baş tutacaq.

İştirak etmək sərbəstdir.

Print Email
FaceBook Twitter Google