Marneuli meriyası 1 ayda 3 mədəni tədbir üçün 251,344 lari ayırıb
Marneuli meriyası üç tədbirin keçirilməsi üçün 1 ayda büdcədən 251 344 lari ayırıb. Söhbət sentyabr ayında elan edilmiş tenderlərdən gedir.

Yerli özünüidarə “Marneuloba 2023” tədbiri üçün 128 900 lari xərcləyib. Tədbirə Gecə Şousu yığması və Nino Çxeidze dəvət olunmuşdu.

Meriya “Cavaxişviloba” tədbiri üçün 37 444 lari nəzərdə tutub. Tədbir Tserakvi kəndində, oktyabr ayının ikinci yarısında keçiriləcək.

Marneuli meriyası “Evdə” festivalının keçirilməsinə 85 000 lari xərcləməyi planlaşdırır. Tədbir 2023-cü ildə Marneuli ərazisində, oktyabr ayının ikinci yarısında keçiriləcək.

Qeyd etmək lazımdır ki, yuxarıda sadalanan tədbirlərdən ikisi ötən il də keçirilib. Ancaq daha az büdcə ilə baş tutub. Bu il isə eyni tədbirlər üçün “Evdə” festivalına 64 000 lari, Cavaxişvilobaya isə 15 000 lari vəsait artırılıb.

Print Email
FaceBook Twitter Google