Lilo bazarı nə vaxt açılır?
“Lilo Mall” ticarət mərkəzinin mayın 25-də açılması planlaşdırılıb.

Bu barədə ticarət mərkəzinin rəhbərliyindən bildirilib.

Qeyd olunub ki, mərkəz fəaliyyətini bərpa etməyə tam hazırdır.

Lilo bazarı ərazisindəki kafe və restoranların işinin bərpası da nəzərdə tutulub. Fəaliyyət bərpa olunandan sonra mərkəzdəki qapalı məkanlarda müştəri sıxlığının qarşısı alınacaq.

Qeyd edək ki, “Lilo Mall” Gürcüstanın ən iri ticarət mərkəzlərindən biridir. Hər il mərkəzə 3-4 milyon insan baş çəkir. Obyektdə 300-400 nəfər çalışır.

Mənbə: NewsBureau
Print Email
FaceBook Twitter Google