"Marneuli" radiosu jurnalist vəzifəsinə vakansiya elan edir
"Xalqın Səsi" Jurnalistlər Birliyi 2006-cı ildən təsis edilib. Təşkilatın ictimai yayım lisenziyası var və 2017-ci ildən FM96.9 tezliyində yayımlanır. "Marneuli" icma radiosu beynəlxalq təşkilatların dəstəyi ilə gürcü və azərbaycan dilində yerli xəbərləri yayımlayır. Eləcə də radionun veb-səhifəsi - marneulifm.ge aktiv fəliyyətdədir. "Marneuli" radiosu analitik verilişlər həyata keçirir və yerli fəallara, radio ilə maraqlanan şəxslərə media platformadan yararlanmaqla, öz maraqlarından irəli gələrək müəllif verilişləri yaratmağa dəstək göstərir.

"Marneuli" radiosunun məqsədi Marneulidə yaşayan sakinlərə başa düşdükləri dildə məlumat vermək, icmanın sosial və siyasi proseslərdə fəal iştirak etməsinə dəstək olmaqdır. "Marneuli" radiosu dəyişməz jurnalistika prinsipləri ilə işləyir - qərəzsiz, dəqiq məlumat çatdırmaq. "Marneuli" radiosunun komandası yerli xəbərləri daha operativ işıqlandırmaq üçün yeni əməkdaşlar axtarır.

İndiki mərhələdə "Marneuli" radiosuna jurnalist lazımdır.

- Jurnalist təcrübəsinin olması (arzuolunandır)
- Azərbaycan dilini bilmək (yazmaq, oxumaq, mətni dərk etmək) (Gürcü dilinin A1 səviyyəsində bilmək arzuolunandır)
- Kompüter bacarıqları
- Ünsiyyət qurmaq bacarığı
- Motivasiya
-Yeniliklərə maraq

"Marneuli" radiosunun əsas yayımı gürcü və Azərbaycan dillərində həyata keçirilir. Müraciət edənlərdən Azərbaycan dili ana dili olan və dili yüksək səviyyədə bilən şəxslərin A1 səviyyəsində gürcü dilini bilməsi də yaxşı olardı. Belə namizədlərə üstünlük veriləcək.

"Marneuli" radiosu jurnalistinin öhdəlikləri nədir?

- Xəbərlər axtarmaq, xəbər yazmaq və radionun efiri üçün hazırlamaq. Efirdə aparıcılıq etmək. Kəndlərə və hadisə yerinə getmək. İş qrafiki səhər saat 10:00-dan 18:00-a kimi. İş prosesinə qoşulan jurnalist həmkarların köməyi ilə mətnlərin yazılması, audio süjetlərin, video süjetlərin hazırlanması üzrə təcrübə keçəcək.

THE NATIONAL ENDOWMENT FOR DEMOCRACY- beynəlxalq Amerika təşkilatıdır və radio onun dəstəyi ilə gündəlik xəbərləri işıqlandırır.
2023-2024-ci illər ərzində təşkilat yenidən icma radiosuna dəstək göstərir və radio komandasına 1 jurnalist əlavə edilməsi imkanını yaradır. Əməkhaqqı 250 ABŞ dollarıdır (məzənnəyə uyğun olaraq lari ilə ödənilir).
Seçilən jurnlaistlərin təşkilatın həyata keçirdiyi müxtəlif layihələrə qoşulmaq imkanı olacaq və bu onların əməkhaqqına da təsir göstərəcək.
Sizi “Marneuli” radiosunun komandasına qoşulmağa çağırırıq!

Maraqlananlar:
CV-lərini “Marneuli” radiosunun elektron poçt ünvanına göndərə bilərlər: CLOAKING
Xahiş edirik, əlaqə nömrənizi qeyd etməyi unutmayın.
Məlumatları aldıqdan sonra siz bizimlə tanışlığa dəvət olunacaqsınız.

Maraqlandığınız və suallarınız yarandığı halda bizimlə əlaqə saxlayın - 577278421
Sizə uğurlar arzi edirik!

Müraciətlərin son qəbul müddəti 2024-ci il 20 yanvar tarixinə qədərdir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər