Ötən gün Hindistanda koronavirusa yoluxanların sayı 94 052 nəfər
artaraq 29 183 121 nəfərə çatıb.
TASS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Rifah
Nazirliyinin saytında məlumat verilib.
Məlumata görə, son 24 saat ərzində infeksiya ilə bağlı ölüm
hallarının sayı 6 148 nəfər artaraq 359 676 nəfərə çatıb. Bu,
ölkədə pandemiya başlayandan indiyədək qeydə alınan ən yüksək
göstəricidir. Mayın 19-da qeydə alınmış əvvəlki antirekord 4 529
nəfərə bərabər idi.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində 151 367 xəstə
COVID-19-dan sağalıb. Bununla da sağalan şəxslərin ümumi sayı 27
655 493 nəfərə çatıb. Bundan əlavə, ölkədə aktiv xəstə sayı 1 167
952 təşkil edir.
Ötən gün ərzində infeksiyaya qarşı 3 379 261 nəfərə vaksin vurulub.
Beləliklə, ölkədə peyvənd olunmuş şəxslərin ümumi sayı 242 726 693
nəfərə çatıb.
Mənbə: report.az