Məşhur gürcü aktyor Vaxtanq Kikabidzeyə ağır itki üz verib
Tanınmış gürcü aktyor və müğənni Vaxtanq Kikabidzenin həyat yoldaşı İrina Kebadze vəfat edib.

Bu barədə İ.Kebadzenin qızı Marina Saqaradze məlumat yayıb.

Qadının yaşı ilə əlaqədar səhhətində yaranmış problemlərdən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, 83 yaşlı V.Kikabidze İ.Kebadze ilə 1965-ci ildə ailə qurub. İ.Kebadze vaxtilə Tbilisi Opera və Balet Teatrının prima balerinası olub. Cütlüyün Konstantin Kikabidze adlı oğlu var. M.Saqaradze İ.Kebadzenin birinci həyat yoldaşından olan qızıdır.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər