Bu gün, 27 dekabr tarixində Marneuli Bələdiyyə Məclisinin sədri
Amiran Qiorqadze Bələdiyyə Məclisinin 2023-cü il fəaliyyətinin
hesabatını təqdim edib.
Bələdiyyə Məclisi sədri çıxışına Gürcüstana Avropa İttifaqına
namizədlik statusunun verilməsi məsələsi ilə bağlı danışmaqla
başlayıb və əhalini namizədlik statusunun verilməsinə görə təbrik
edib.
“Marneuli Bələdiyyə Məclisi bələdiyyəmizin, eləcə də
bizim ölkənin inkişafında öz töhfəsini verib. Bələdiyyə Məclisində
bu gün həmişə fəaliyyətdə olan 5 komissiya var və 2 fraksiya
yaradılıb. Bələdiyyə Məclisinin 33 üzvündə 27 üzvü “Gürcü Arzusu
Demokratik Gürcüstan” siyasi birliyinin, 5 Vahid Milli Hərəkatın
üzvüdür və 1 müstəqil deputatdır. Marneuli Bələdiyyə Məclisinin
tərkibində ilk dəfə 7 qadın var, bu müsbət haldır. Cari ildə
Bələdiyyə Məclisində çoxluq qeydiyyatdan keçib, onların rəhbəri
olaraq Cənab Besik Qelenidze seçilib. Marneuli Bələdiyyə Məclisi
komissiyalarının bu il ilk dəfə kəndlərdə iclaslar keçirməsi mühüm
məsələdir. 17 icmada əhali ilə görüşdülər, görülən işlərlə bağlı
hesabat verdilər, gələcəkdə həyata keçiriləcək layihələrlə əhalini
tanış etdilər, onların problemlərini dinlədilər, prioritetləri
böldülər, onların əksəriyyəti büdcədə nəzərə alınıb”,
– Amiran Qiorqadze bildirdi.
Marneuli Bələdiyyə Məclisi sədrinin sözlərinə görə, 2023-cü ildə
Bələdiyyə Məclisinin həmişə fəaliyyətdə olan komissiyaları 18
komissiya iclası keçiriblər. Onlardan 5 geniş iclasdır. Bələdiyyə
Məclisi Bürosu və Bələdiyyə Məclisinin 16 iclası baş tutub, buradan
12 növbəti, 4 nöbvədənkənar iclas idi. 2023-cü ildə Marneuli
Bələdiyyə Məclisi 35 qətnamə və 100-ə yaxın fərman qəbul edib.
Bələdiyyə Məclisi sədri isə bir il ərzində 305 sərəncam verib.
“Noyabr-dekabr aylarında 2024-cü ilin büdcəsi müzakirə
olundu. Üç ictimai dinləmə, o cümlədən biri Maradis kəndində
keçirilmiş və növbəti ilin yaxşı öyrənilmiş, əhalinin tələbatına
uyğunlaşdırılmış büdcəsi Bələdiyyə Məclisi iclasında təsdiq edilib.
4 struktur vaidliyini özündə birləşdirən Bələdiyyə Məclisi Aparatı
Bələdiyyə Məclisi fəaliyyətinə fəal olaraq qoşulub. Cari ilin 14
dekabr tarixində Bələdiyyə Məclisi Aparatının yekun iclası
keçirildi. Gender Bərabərliyi Şurası fəaliyyət göstərir, Şura
fəaliyyət planı hazırlayıb, iclaslar keçirir və fokus qruplar
vasitəsilə əhalinin fikrini öyrənir, problemlərin müəyyən
edilməsini həyata keçirir. Cari ildə büdcədə 2 layihə təqdim
olunub, şura tərəfindən hazırlanmış təşəbbüslər 2024-cü ilin
büdcəsində öz əksini tapıb”, – Amiran Qiorqadze
bildirib.
Amiran Qiorqadze 2023-cü il ərzində Bələdiyyə Məclisi və Aparat
üzvlərinin səfərlərindən də söhbət açıb.
“Yerli özünüidarə yerli və eləcə də beynəlxalq
təşkilatlarla fəal əməkdaşlıq edir. Bunun əsasında donorlar
tərəfindən Avropa ölkələrinə dəfələrlə rəsmi səfər həyata
keçirilib”, – Amiran Qiorqadze bildirib.
Marneuli Bələdiyyə Məclisinin sədri Marneulidə həyata keçirilən və
başa çatdırılmış infrastruktur layihələrindən də danışıb və
bildirib ki, Bələdiyyə Məclisi üzvləri ilə birlikdə bələdiyyədə
həyata keçirilən infrastruktur layihələrini fəal şəkildə müşahidə
edir. Bələdiyyə sədrinin hesabatına bələdiyyədə həyata keçirilən
mədəni-maarifləndirici layihələr də yer alıb. Qiorqadze həmçinin,
idmançıların həvəsləndirilməsindən və bələdiyyə sosial proqramının
üstünlüklərindən danışıb.
{{AUDIO}}