“VMH və Avropalı Gürcüstan partiyasının vahid namizəd irəli sürməsi ilə bağlı danışıqlar gedir”, – Əhməd İmamquliyev 2020-ci il seçkiləri barədə
2020-ci il Parlament seçkiləri qarışıq sistemlə keçiriləcək. Bu dəfə Parlament 120 proporsional, 30 majoritar deputatdan ibarət olacaq.

“Avropalı Gürcüstan” partiyasının siyasi şurasının üzvü Əhməd İmamquliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu “Avropalı Gürcüstan”ın tələb etdiyi nəticə deyil, bununla belə mandatların belə bölünməsi məqbuldur.

“Hələlik bu da tamamlanmayıb, bu sadəcə şifahi razılıqdır. Əgər Bidzina İvanişvili və onun komandası 20 iyundan sonra olduğu kimi yenə də səfirləri və müxalifəti atmasa, bu sistem də məqbuldur”, – Əhməd İmamquliyev bildirdi.

Marneuli Bələdiyyə Məclisi üzvünün sözlərinə görə, bundan başqa siyasi məhbusların məsələsi ilə bağlı razılaşma da çox mühümdür və ümid edir ki, “Gürcü Arzusu” siyasi məhbusları azad edəcək.

Əhməd İmamquliyev bizimlə söhbəti zamanı qeyd etdi ki, böyük ehtimal Kvemo Kartlidə üç majoritar dairə olacaq. Marneuli əhalisinin çoxluğunu nəzərə alaraq bələdiyyənin 1 majoritar deputatı olacaq.

“Hələlik namizədin kimliyi məlum deyil, lakin “VMH” və “Avropalı Gürcüstan”ın vahid namizəd irəli sürməsi ilə bağlı danışıqlar gedir”, – Əhməd İmamquliyev deyir.

2020-ci il Parlament seçkiləri yenidən qarışıq qaydada, amma dəyişik majoritar və proporsional deputat sayı ilə keçiriləcək.

120/30 – müxalifət və iqtidar partiyasının razılığı ilə proporsional və majoritar qaydada seçilmiş deputatların sayı belə bölünüb.

Print Email
FaceBook Twitter Google