“Ayıb olsun! Xain!” Subari və başqaları zala qışqırıqlar altında daxil olublar
“Ayıb olsun! Satqın! Rusiya qanunlarına yox!” — Sozar Subari komitənin müzakirəsinə girməzdən əvvəl bu etiraz qışqırıqları fonunda parlamentə getməli olub.

Parlament bu gün komitələrin birgə iclasında Subarinin və parlament çoxluğunun digər üzvlərinin təşəbbüsü ilə yaradılmış, vətəndaş cəmiyyətinə və mediaya - Sozar Subarinin özünün fəal şəkildə çıxış etdiyi, 1994-cü ildən işləyib, əmək haqqı aldığı sahələrə ciddi ziyan vuracaq Rusiya qanun layihəsini müzakirə edir.

Komitənin müzakirəsinə KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələri buraxılmasa da, “Gürcü arzusu”nun təbliğatçısı Davit Kartveleişvili, eləcə də “Xalq ın gücü” fəalları heç bir problem olmadan zala buraxılıblar.

Subarinin keçmiş işçiləri, tələbələri, dostları və mediadan və vətəndaş cəmiyyətindən olan tərəfdaşları bu qanun layihəsinə etiraz ediblər.


2012-ci ildə Rusiyada “agentlər” haqqında analoji qanun qəbul edilib və ondan Rusiya hakimiyyəti müstəqil medianı və qeyri-hökumət sektorunu təqib etmək, ayrı-seçkilik etmək və nəticədə ölkədən çıxarmaq üçün istifadə edilib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər