Nə qədər ki vətənimdəyəm, Gürcüstana kömək etmək istəyirəm. Amma
gələcəkdə Vladimir Zelenskiyə yardım edəcəm.
Bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial
şəbəkədə qeyd edib.
“Mən sadəcə sizə kömək etmək istəyirəm – nə dəqər ki
buradayam; Kiyevə qayıdandan sonra tam şəkildə Zelenskiyə dəstəyə
köklənəcəyəm və ola bilsin ki, Gürcüstana baxmaq üçün vaxt tapa
bilməyim. İndi dəqiq pauza vaxtı deyil: bizim gəncliyə, bütün cəsur
və qorxusuz patriotlara eşq olsun”, - Saakaşvili
bildirib.