Polşalı həkimlərə Saakaşviliyə baş çəkməyə icazə verilib - AB-dən olan mənbə
Avropa İttifaqının rəsmi mənbələri AzadlıqRadiosuna gürcü tərəfinin polşalı həkimlərə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə baş çəkməsinə icazə verdiyini təsdiqləyib.

AzadlıqRadiosunun Avropa Bürosunun redaktoru Rikard Yozviakın Twitter-də yazdığına görə, polşalı həkimlərin Gürcüstana gedəcəyi tarix hələ məlum deyil. Yozviakın sözlərinə görə, Gürcüstanın keçmiş prezidentinin Polşaya və ya başqa yerə köçürülməsindən söhbət gedə bilməz.

“Azadlıq” radiosu bu məsələ ilə bağlı Gürcüstan Ədliyyə Nazirliyindən cavab almağa çalışır. Material cavaba uyğun olaraq yenilənəcək.

Cari həftədə Polşa hökumətinin sözçüsü Pyotr Müller bildirib ki, Polşadan bir qrup həkim Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətini öyrənmək üçün Gürcüstana gəlməyə hazırdır.

Bundan əvvəl Gürcüstanın ədliyyə naziri Rati Breqadze media ilə söhbətində bildirib ki, Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin səhhətinin vəziyyətini qiymətləndirmək üçün əcnəbi həkimin gətirilməsi onların təklifidir və hələ də qüvvədədir.

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski fevralın 27-də ədliyyə naziri Rati Breqadze ilə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında bildirib ki, o, nazirə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı Avropa İttifaqının 27 üzv dövlətinin razılaşdırdığı rəsmi demarkasiyanı verib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər