İrakli Kobaxidze - 2030-cu ildə Gürcüstan Aİ üzvlüyünə digər namizəd ölkələrdən daha çox hazır olacaq
Gürcüstanın baş naziri İrakli Kobaxidze Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, 2030-cu ildə Gürcüstan Aİ üzvlüyünə digər namizəd ölkələrdən daha çox hazır olacaq.

Kobaxidzenin qeyd etdiyi kimi, bu, Gürcüstanın iddialı planıdır.

“Bir şeyi deyə bilərik: bizim Gürcüstanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı iddialı planlarımız var. 2030-cu ildə - Avropa Şurasının prezidenti Mişel tərəfindən [genişlənmə ili kimi] təyin olunmuş il - Gürcüstan Aİ üzvlüyünə digər namizəd ölkədən daha çox hazır olacaq. Bu, bizim iddialı planımızdır, bu, bizim ambisiyamızdır və biz islahatlar gündəliyinə, Avropa İttifaqına üzvlük istiqamətində atılacaq addımlara çox sadiqik. Ümid edirik ki, ən azı 2030-cu ilə qədər Gürcüstan Avropa İttifaqının tamhüquqlu üzvü olacaq”, - Kobaxidze bildirib.

Print Email
FaceBook Twitter Google