Nino Tsilosani parlamentin vitse-spikeri seçilib

“Gürcü arzusu”nun üzvü Nino Tsilosani parlamentin vitse-spikeri seçilib.


Tsilosani bu vəzifədə müdafiə naziri təyin edilən İrakli Çikovanini əvəz edib.

Nino Tsilosani indiyədək parlamentin Aqrar məsələlər komitəsinin sədri olub. Tsilosani həmçinin Gender Bərabərliyi üzrə Daimi Parlament Şurasına rəhbərlik edir.

Gender Bərabərliyi Şurasının rəhbəri kimi o, qadın hüquqlarının pozulmasına müvafiq reaksiya vermədiyinə görə dəfələrlə qınaq obyektinə çevrilib.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google