Əgər siz hökumətin rusiyapərəst olduğuna inanırsınızsa, əlinizə Avtomat alaraq ona qarşı üsyan etməlisiniz - Papuaşvili müxalifətə
Gürcüstan parlamentinin sədri bəyan edib ki, müxalifət xalqda hakimiyyətə qarşı nifrəti qızışdırmağa çalışır və buna görə də onları rusiyapərəst adlandırır. O, bu barədə parlamentin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı parlamentə təqdim etdikdən sonra deputatların suallarını cavablandırarkən danışıb.

"Ritorik olaraq baxsaq, həmkarlarımız Rusiya və rusiyapərəstliyi qışqırmaqla özlərini tanıdırlarsa, komik davranırlarsa… Əgər doğrudan da öz dediyinizə inanırsınızsa, onda əlinizdə Avtomat tutub bu hökumətə qarşı üsyan etməlisiniz. Buna inanırsınızmı?

İnanmırsınız, çünki sizin belə sivil münasibətiniz var. Və əgər ruspərəstliklə bağlı bu nağıla inanmırsınızsa, hakimiyyətə, onun “rusiyapərəstliyinə” görə xalqda dövlətinə qarşı nifrət oyadaraq insanların əsəbləri ilə oynamağınıza nə ad verə bilərik?”,
- Şalva Papuaşvili bildirib.

2023-cü il fəaliyyəti ilə bağlı hesabatın təqdimatı zamanı parlament sədri müxalifətin fəaliyyətini tənqid edib.

Print Email
FaceBook Twitter Google