DRI: Keçən həftə Rusiya nömrəli yük maşınlarının Enquri körpüsündə hərəkət etdiyi görülüb

“Demokratiya Araşdırmaları İnstitutu” təmaslara əsaslanaraq yazıb ki, ötən həftə Qali bölgəsində Rusiya dövlət nömrə nişanlı yük maşınlarının Enquridən Gürcüstan istiqamətində və əks istiqamətdə aktiv hərəkəti müşahidə olunub.


“Maşınların bir qismini Abxaziyanın “Daxili İşlər Nazirliyinin Dövlət Avtomüfəttişliyinin (QAI deyilən)” maşınları Enguri körpüsünə aparıb. Bundan əlavə, yük maşınları ilə “sərhəd keçid məntəqəsi” Moskva vaxtı ilə axşam saat 19:00-dan sonra, Rusiya və Abxaziya tərəfləri bütün digər istifadəçilərin, ilk növbədə Qali bölgəsinin sakinlərinin hərəkətini qadağan etdikdən sonra keçib.
Abxaziyanın de-fakto və Rusiya təhlükəsizlik xidmətləri bu yük maşınlarının hərəkətini foto və video materialda çəkmədiklərini istisna etmək üçün yerli sakinləri axtarırlar”,
- DRI-nin dərc etdiyi məlumatda qeyd olunur.

Onların sözlərinə görə, Gürcüstan parlamenti sədrinin birinci müavini və “Gürcü arzusu”nun liderlərindən biri Qiorqi Volskinin Rusiya hakimiyyətinə yaxın olan iş adamı Davit Xidaşeli ilə görüşü və söhbətlərinin təfərrüatlarının açıqlanmaması Gürcüstan mətbuatında Gürcüstan hakimiyyətinin işğal olunmuş Abxaziya ərazisindən maşınların gizli keçməsinin hansı məqsədlərə xidmət etdiyi sualını növbəti dəfə gündəmə gətirib.

“Gürcü arzusu”nun liderləri bu mənfi tendensiyanı Rusiya ilə yük dövriyyəsinin artması hesabına Gürcüstan iqtisadiyyatının yüksəlişi və ya ən azı Abxaziyanın Gürcüstana inteqrasiyası siyasəti kimi təqdim edə bilərlər. Bununla belə, sağlam düşüncə nəzərə almağı tələb edir ki, Rusiya, hətta onun əlaltısı Abxaziyanın de-fakto hökuməti Gürcüstanın maraqlarını nə dərəcədə rəhbər tutmağa həvəslidir?

Açığı, burada yeganə məntiqi nəticə ondan ibarətdir ki, Gürcüstanda hakimiyyətdə olan siyasi güc Rusiya ilə əməkdaşlıq edərkən yalnız öz dar maraqlarını rəhbər tutur. Bu kontekstdə ritorik sual yaranır ki, Gürcüstan hökumətinin siyasəti onun Rusiyanın proxy rejimi kimi vəftiz etdiyi de-fakto Abxaziya hökumətindən nə dərəcədə fərqlənir?”,
- məlumatda oxuyuruq.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google