Xundadze: Əgər vətəndaşlar ölkədən qaçırsa, Tbilisidə niyə belə tıxac var?!
“Xalqın gücü”nün üzvü Dimitri Xundadze müxalifətin mühacirətlə bağlı açıqlamalarına cavab verib və parlament tribunasından “camaat ölkədən qaçırsa, Tbilisidə niyə belə tıxac yaranıb” sualını verib.

“Ailə üzvlərim də getdi, bir çox qonşularım, dostlarım da getdi, amma o zaman bu barədə heç kim danışmadı. Bu gün hər televiziyada, bütün xəbər kanallarında, hətta müxalifət kanalında da hər 5 dəqiqədən bir eyni məlumat yayılır ki, vətəndaşlar ölkədən qaçır. Əgər onlar qaçırlarsa, o zaman Tbilisidə niyə belə tıxac yaranıb?”, - o bildirib.

Deputatlar bildiriblər ki, yəqin ki, xaricdə bir milyondan çox vətəndaş var - bu məsələ ilə bağlı interpelasiya yolu ilə xarici işlər nazirinə müraciət ediblər.

Suallar qeyri-qanuni olaraq xaricdə yaşayan Gürcüstan vətəndaşlarına səsvermənin mümkünlüyü və xaricdə seçki məntəqələrinin açılması ilə bağlı olub.

İlya Darçiaşvili parlamentdə çıxışı zamanı bildirib ki, birinci vəzifə vətəndaşların konsulluq uçotunda qeydiyyata alınması və onların dəqiq sayını müəyyən etmək olmalıdır. Nazir həmçinin müxalifətdən informasiya kampaniyasına köməklik göstərməyi xahiş edib

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google