Abituriyentlərin 70% tələbə olub, 6500 isə dövlət qrandı qazanıb
Bu il 27 409 abituriyent tələbə olub. Bu haqda Milli İmtahanlar Mərkəzinin direktoru Maia Miminoşvili bildirib. Onun sözlərinə görə, bu abituriyentlərin ümumi sayının təqribən 70%-dir .
Miminoşvilinin sözlərinə görə, statistika keçən illə müqayisədə çox da fərqli deyil.
“Faiz olaraq tələbələrin sayı bir az artıb. Bu il 69,7%-dir Keçən il 68,32% idi. Ancaq keçən il 28 132 gənc tələbə oldu. Belə ki, faiz olaraq bir az artıb, say olaraq – bir az azalıb”.
Ali təhsil müəssisələrində heç bir tələbənin qəbul olmadığı vakant yerlərin sayı 15 000-dən yuxarıdır.
Təhsilin maliyyələşdirilməsini cəmi 10 614 abituriyent qazanıb. Həmçinin, onlar arasında dövlət qrantını qazananlar və dövlət tərəfindən maliyyələşən fakültələrə qəbul olan da var.
Dövlət qrantını 6500 abituriyent əldə edə bilib. Bundan 1 000-dən çoxu 100%-lik, 1500 isə 70%-lik, 4000 50%-lik maliyyə qazanıb.

Milli İmtahanlar Mərkəzinin göstəricilərinə əsasən, etnik azlıq nümayəndələrinin gürcü dili və hazırlıq proqramına abituriyent qəbulu sayı artıb. Ümumilikdə, proqrama 1211 azərbaycan dilli, erməni və os dilli abituriyent qəbul olub. Keçən illə müqayisədə say 64 qədər artıb. Vahid Milli İmtahanların nəticələri bu gün 30 avqust saat 13:00-da məlum olub.

Məmbə: netgazeti.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər