Marneulili 30 yaşlı Ramin Acalov bazar ərazisində yerləşən
köşklərin birində telefon proqramisti işləyir.
O, koronavirusa görə distant rejimdə keçirilən dərs zamanı
proqramların quraşdırılmasında çətinlik çəkən məktəb şagirdlərinə
və müəllimlərinə təmmənasız kömək etmək istəyir.
Acalov bizimlə söhbəti zamanı dedi ki, əgər kimsə onlayn dərslərin
keçirilməsi zamanı proqramların quraşdırılmasında hər hansı
çətinlik çəkirsə ona müraciət edə bilərlər. O, könüllü olaraq
onlara hər cür dəstək göstərəcək.
Ramin Acalova müraciət etmək istəyənlər
“Facebook” üzərindən və +995 593242627 telefon
nömrəsindən əlaqə saxlaya bilərlər.