Milli İmtahanlar mümkündür ki, avqustda keçirilsin

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Çxenkelinin sözlərinə görə, Vahid Milli İmtahanlarla bağlı yeganə dəyişiklik, imtahanların avqust ayında keçirilməsi ola bilər.


Çxenkelinin Parlamentdə jurnalistlərə bildirdiyinə görə, dəqiq tarix haqqında təfərrüatlar iyunda, xüsusi brifinqdə hamıya məlum olacaq.

“Vahid Milli İmtahanların tarixinin və formatının dəyişdirilməsi bu mərhələdə müzakirə olunmur. Əvvəlki illərdə olduğu kimi bu il də, iyunda, xüsusi brifinqdə rəsmi bəyanat veriləcək. Yeganə baş verə biləcək dəyişiklik isə imtahanların vaxtının avqusta keçirilməsi ola bilər. Bu yalnız epidemioloji vəziyyət tələb etdiyi halda baş verəcək. Daha dəqiq detallar isə iyunda keçiriləcək xüsusi brifinqdə hamıya məlum olacaq. Milli İmtahanlar haqqında dəqiq təfərrüatlar bu brifinqdə məlum olacaq”, – deyə Çxenkeli bildirib.

Mənbə: inforustavi.ge

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər