Distant təhsil başlayan məktəblər üçün Gürcüstanın Təhsil naziri
Mixeil Çxenkeli təhsil prosesinin aparılması və əldə olunan
nəticələrin qiymətləndirilməsi qaydalarını və şərtlərini təsdiq
edib.
Sənədə əsasən təhsil müəssisələrində distant təhsil sonrakı
modellərdən istifadə edərək həyata keçirilə bilər:
a) Tam elektron qaydada, sinxron şəkildə. Bu isə nazirliyin tövsiyə
etdiyi hər hansı elektron platforma vasitəsilə bütün şagirdlərin və
müəllimin eyni zamanda dərs prosesinə qoşulmasını nəzərdə
tutur.
b) Tam elektron qaydada və asinxron şəkildə tele/video dərslərin
yaxud əlçatan başqa elektron platformaların yaxud rəqəmsal
resursların vasitəsilə təhsil-tədrisin həyata keçirilməsi;
c) Hibrid metodu ilə. Bu metod tam elektron qaydada, sinxron
şəkildə yaxud asinxron və iştirak etməklə təhsilin
komplektləşdirilməsindən istifadə etmək. Bu fərqli fənnlərə, sinif
və bölmələrə əsasən ola bilər.
Sinxron elektron təhsil halında məktəb dərs saatı qrafikini tərtib
edir. Bu zaman yeniyetmənin fiziki və psixoloji imkanlarını nəzərə
almaqla tövsiyə olunnan əlaəvlərin (dərsdə aparılan astronomik
saatların) sayı belədir:
I- IV sinifdə 1 saat, V- IX sinifdə 1.5 saat. X-XII
sinifdə isə 2 saat.
Distant dərslərin tövsiyə edilən müddəti belədir:
ა) I-IV siniflərdə – 15-20 dəqiqə;
ბ) V-IX siniflərdə – 25-30 dəqiqə;
გ) X-XII siniflərdə – 35-40 dəqiqə.
Gün ərzində 3-dən artıq dərsin keçirilməməsi tövsiyə olunur.
Bundan əlavə sənədə görə tövsiyə olunur ki, planlaşdırılan dərs
müxtəlif interaktiv texnikanı, eləcə də fiziki fəallıqla 10-15
dəqiqəlik tənəffüsü əhatə edir. Dövri olaraq göz məşqi aparıla
bilər. Məsələn, ekrandan baxışın uzaqda yerləşən əşyaya aparılması,
gözü 5-6 dəfə qırpmaq.
İctimai məktəblərdə hibrid distant təhsil halında sinifin
bölünməsi, distant dərslərin keçirilməsi bütün sinif qrupları üçün
tövsiyə olunur.
Məktəb I-IV sinif şagirdlərinin iştirak edə biləcəkləri təhsil
prosesini təmin etmək üçün maksimum gücdən istifadə etməlidir.
Müəllimin qanuni nümayəndəsi məcburdur:
a) İmkan daxilində şagirdin distant təhsil prosesinə
qoşulmasını təmin etsin və dəstək olsun.
b) Məktəblə əməkdaşlıq etsin və şagirdin məktəb tərəfindən nəzərə
alınan təhsil məqsədlərinə nail olmağa kömək etsin;
c) Şagirdə nəzarət etsin və distant təhsil prosesində hansısa
formada zorakılıq qeydə alınarsa məktəbə xəbərdarlıq etsin;
d) Distant təhsilə qoşulmaqla bağlı yaranan problemlər haqda
məktəbə bildirsin.
Nazirin sərəncamına görə distant təhsilin hər hansı modelə
keçməsinin ön şərti ola bilər:
a) Məktəbdə/məntəqədə/bələdiyyədə/ölkədə olan müxtəlif
keçici xəstəliklərlə yaranmış vəziyyətdə tətbiq edilmiş müvəqqəti
məhdudiyyətlər;
b) Çətin meteroloqik/ekstremal şəraitdə yaxud təbii fəlakətlərdən
yaranmış müvəqqəti məhdudiyyətlər.
c) Məktəbdə gedən planlaşdırılmış bərpa işlərinin vaxtında yerinə
yetirilməsi yaxud təxirəsalınmaz bərpa-tikinti işlərinin həyata
keçirilməsi;
d) Ayrıca fənnlərdə insan resursu (müəllim) çatışmamazlığı;
e) Ayrıca fənndə müasir innovativ təhsil texnologiyalarının
əsasının qoyulması yaxud məkrtəb tərəfindən başqa sübut olunmuş
tələblər olan halda.