Müəllimlər və şagirdlər 10 lariyə 20 GB internet ala biləcəklər - onlayn təhsil
2021-ci ildə hələ ki, təhsil yenə onlayn davam edir. Bu səbəbdən də Rabitə Komissiyası onlayn təhsil müddətində şagird və müəllimlər üçün internet tarifini tənzimləməyə qərar verib. Komissiyanın qərarına əsasən, 2020-2021 tədris ilində "Magti", "Geocell" ("Silknet") və "Beeline" ("Veon Georgia") şirkətləri 30 gün müddətinə məktəb şagirdlərinə və müəllimlərinə, 20 GB interneti 10 lariyə təklif edə bilərlər.

Hazırki tariflərə görə, "Magti" və "Geocell" abunəçiləri üçün 20 GB 30 laridir, "Beeline"-ın 20 GB-lıq paketi paketi yoxdur, lakin 10 GB (limitsiz gecə interneti ilə) 17 laridir.

Rabitə Komissiyasının 31 dekabr 2020-ci il iclasında bu paketi əhatə edəcək abunəçilərin Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcəyi də məlum olub. Müəllimlərin və şagirdlərin endirimli qiymətdən nə vaxt istifadə edə biləcəyi hələ məlum deyil.

Mənbə: batumelebi.netgazeti.ge
Print Email
FaceBook Twitter Google