Universitetlərə qəbul zamanı məktəb ballarının da nəzərə alınması müzakirə olunub - Çxenkeli
Təhsil Nazirliyinə namizəd Mixeil Çxenkeli Parlamentdəki çıxışında milli imtahanlarda islahatların aparılmasının vacibliyindən danışıb.

"İndi sahib olduğumuz milli imtahan formasının tək quruluş baxımından deyil, həm də məzmun baxımından da islahatlara ehtiyacı var... Yenilənmiş milli imtahanların balları ilə yanaşı digər komponentlərin də nəzərə alınması üçün yeni bir yanaşmanı müzakirə edirik... Bu, məktəbdə orta qiymət və ya tövsiyələr və ya sinifdənkənar işlərin nəzərə alınması da ola bilər..

Mən Amerikada olan və orada yaxşı işləyən metodları sadaladım. Biz də bənzər bir model təqdim edə bilərik",
– deyə Çxenkeli qeyd edib.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər