ABŞ səfirinin mətbuat attaşesi Marneuli Amerika Guşəsində qonaq olub
Bu gün, 21 sentyabr tarixində Amerika Birləşmiş Ştatları Səfirliyinin mətbuat attaşesi Con Ferri Marneuli Amerika Guşəsində qonaq olub. Amerika Birləşmiş Ştatlarının Gürcüstan Səfirliyinin mətbuat attaşesi Marneulili gənclərlə görüşüb, onların ehtiyaclarını dinləyib və öz təcrübəsini bölüşüb.

“Sevinirəm ki, Marneulidəyəm. Bu mənim Marneuliyə ikinci səfərimdir. Bizim Gürcüstan miqyasında, Marneuli də daxil olmaqla 15 guşəmiz var. Ən fəal işləyən guşələrimizdən biri Marneulidir. Biz burada tələbələri, jurnalistləri, araşdırmaçıları və ictimaiyyətdən hamını qəbul edirik ki, Amerika haqqında daha çox öyrənsinlər, ingilis dilində təcrübələri olsun, ABŞ-da təhsilə davam etmək barədə məlumat alsınlar, bizim proqramın məzunları ilə görüşsünlər. Mən ABŞ-ın Gürcüstan səfirliyinin mətbuat attaşesi olaraq buraya gəlmişəm ki, kitabxanaya gələn, xüsusilə azərbaycanlı icma üzləri haqqında daha çox öyrənim. Hesab edirəm ki, Gürcüstanda bu icmanın çox mühüm rolu var. Belə ki, yerli sakinlərlə görüşməyim çox yaxşı olacaq”, – Con Ferri bildirdi.

ABŞ-ın Gürcüstandakı səfirliyinin mətbuat attaşesi “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, regionlarda Amerika Guşəsinin olması mühümdür. Daha çox adam ABŞ mədəniyyəti, ABŞ-ın Gürcüstanda həyata keçirdiyi layihələr, imkanlar haqqında daha çox məlumat alır.

Print Email
FaceBook Twitter Google