Birinci Kanal “Rəngarəng Gürcüstan” qrupunda azərbaycan dilinə sinxron tərcüməçi vəzifəsinə vakansiya elan edir
“Birinci Kanal yüksək məsuliyyəti olan təşkilatdır. Bizim məqsədimiz hər bir şəxsə, ictimaiyyətə etibarlı, düzgün məlumat çatdırmaqla xidmət göstərməkdir.

İş tipi:
  • Natamam qrafik
İş yeri:
  • Tbilisi, Kostava küçəsi #68
Əsas vəzifə:
  • - Əsas xəbər buraxılışının gürcü dilindən azərbaycan dilinə sinxron tərcüməsi;
  • - Lazım gəldiyi halda yazılı tərcümə.
Şəxsi və peşəkar bacarıqlar:
  • - Gürcü, azərbaycan dilində şifahi və yazılı şəkildə səlis ünsiyyət;
  • - Yüksək məsuliyyət hissi;
  • - Təyin edilmiş vaxtlarda işləmək bacarığı;
  • - İş vaxtını idarə edə bilmək bacarığı;
  • - Məlumatın analizi və hazırlanması bacarığı;
  • - Dinamik mühitə sürətli adaptasiya və iş prosesini idarə etmə bacarığı.
Peşəkarlıq tələbləri:
  • - Gürcü dilindən azərbaycan dilinə və əksinə sinxron tərcümə;
Müsabiqənin mərhələləri:
  • - CV-nin seçilməsi;
  • - Müsahibə.
  • - Tapşırıqların yerinə yetirilməsi.
Əgər bizim komandaya qoşulmaq istəyirsinizsə, xahiş edirik, öz CV-nizi 2022-ci ilin 26 dekabr tarixinədək CLOAKING elektron ünvanına göndərəsiniz.

Xahiş edirik, başlıq sütununda (subject) “sinxron tərcüməçi” yazasınız.

Uğurlar arzulayırıq!”, – elanda qeyd olunub.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google