Dövlət əsaslı ali təhsil müəssisələrində inzibati vəzifəli şəxslərin seçilməsi/təyin edilməsi üçün mövcud yaş məhdudiyyəti ləğv edilir

Dövlətin təsis etdiyi ali təhsil müəssisələrində inzibati vəzifəli şəxslərin

seçilməsi/təyin edilməsi istiqamətində mövcud yaş məhdudiyyəti ləğv edilir.

Parlament üçüncü oxunuşda “Ali təhsil haqqında” qanundan 65 yaşına çatmış şəxsin ali təhsil müəssisələrinin akademik və inzibati vəzifələrinə seçilə və ya təyin oluna bilməyəcəyi normalarının çıxarılmasını dəstəkləyib.

“Ali təhsil haqqında” qanundan 65 yaşına çatmaq şəxsin vaxtından əvvəl işdən çıxarılması üçün əsas olan bəndlər çıxarılıb.

Parlamentə təqdim olunan qanunvericilik dəyişiklikləri Konstitusiya Məhkəməsinin “Ali təhsil haqqında” qanunun “65 yaşına çatmış şəxs akademik vəzifəyə seçilə bilməz” maddəsini qüvvədən salan qərarına əsaslanır. İndiyə kimi dövlət tərəfindən yaradılmış ali təhsil müəssisəsinin və 65 yaşına çatmış akademik vəzifə tutan şəxs akademik vəzifəyə seçki müddəti başa çatdıqdan sonra akademik vəzifədən azad edilirdi”.


Qanun layihəsi Təhsil və Elm Nazirliyi tərəfindən hazırlanıb.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər