USAID Gürcüstanın təhsil sektoruna 14 milyon dollar maliyyə ayıracaq
USAID-in yeni layihəsi Gürcüstanın təhsil sektoruna 14 milyon ABŞ dolları məbləğində maliyyə ayıracaq.

Proqramın təqdimatı bu gün Gürcüstan İncəsənət Muzeyində keçiriləcək. Tədbirdə təhsil və elm naziri Qiorqi Amilaxvari, USAID-in Avropa və Avrasiya Bürosunun administratorunun müavini, səfir Erin Elizabet Makii iştirak edəcək.

USAİD-in Gürcüstanın Təhsil və Elm Nazirliyi, Amerika Birləşmiş Ştatlarının Arizona Dövlət Universiteti (ABŞ), ABŞ Ümumdünya Məktəblər Şəbəkəsi və Corciya Universiteti ilə birgə həyata keçirdiyi “Gələcək üçün Təhsil” proqramı, şagird mərkəzli məktəb mühitlərini və keyfiyyətli təhsilə çıxışı yaxşılaşdırmaq məqsədi daşıyır. Proqram beynəlxalq inkişaf konsaltinq şirkəti Chemonix tərəfindən həyata keçirilir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər