Biznes ideyadan istehsala – Avropa İttifaqının Marneuli gənclərinə dəstəyi
Marneuli bələdiyyəsinin Mollaoğlu kəndində Avropa İttifaqının maliyyə dəstəyi ilə iki startap maliyyələşdirilib. 23 yaşlı Tural Nəsibov soya pendiri, həmin kəns sakini 33 yaşı Lamiyə Hüseynova isə müxtəlif növ günəbaxan yağı istehsal etməyə başlayıb.

Bir neçə aydır ki, Tural Nəsibov soya südü əldə etmək və pendir hazırlamaq üzərində işləyir. O, 10 000 lari dəyərində maliyyə ilə süd aparatı, vakuum aparatı və dəmir stol alıb. Tural deyir ki, pendirin hazırlanma texnologiyasını internetdən öyrəşib və yavaş-yavaş inkişaf etdirir.

“Həmişə düşünürdüm ki, süd yalnız heyvanlardanmı əldə edilir? internetə girdim və gördüm ki, fındıqdan, badamdan, soyadan da pendir əldə etmək mümkündür. Beş dəfə yoxladım və beşincidə soyadan pendir alındı. Bizim icma üçün, bu kənd üçün bu bir ilkdir. Qəribə də demək olar”.


Tural gələcəkdə istehsal genişləndirməyi, soyanı müxtəlif bitkilərlə əvəz etməyi və əhaliyə fərqli məhsullar təklif etməyi planlaşdırır.

Nəsibovun layihəsi kimi Mollaoğlu üçün günəbaxan yağının hazırlanma texnologiyası da yenidir. Lamiyə Hüseynova artıq dəfnə, kətan və günəbaxan yağı əldə etdiyi cihazı sınaqdan keçirib.

Hər iki layihənin dəstkçisi LİNKS layihəsidir. Layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Açıq Cəmiyyət Fondu” və “BMT-nin Gürcüstan Assosiasiyası” tərəfindən həyata keçirilir. Yerli səviyyədə layihənin tərəfdaşı “Yeni Düşüncə İnstitutudur”. Təçkilatın təsisçilərindən biri və bu layihənin meneceri Kamran Əfəndiyevdir. Kamran deyir ki, layihə üzərində üç il əvvəl işləməyə başlayıblar. Bu dövr ərzində müxtəlif aktivliklər, həmçinin, sahibkarlığa dəstək istiqamətində fəaliyyətlər həyata keçiriblər.

“Layihəni yeni bitirdik. Üç il ərzində Kvemo Kartlinin müxtəlif bələdiyyələrində fəal işlədik. Layihənin çox istiqamətləri var idi. Onlardan biri sahibkarlıq idi. Prosesə çox gənclər qoşulmuşdu. Onlayn kurs nəzərdə tutumuşduq. Sahibkarlıq layihəsi üçün qəbul elan etdik. Bir neçə gənc müraciət etdi, Tural İsmayılov və Lamiyə Hüseynova qalib oldular. Bu gənclər üçün nümunəvi prosesdir. Biz bütün ictimaiyyətə göstərdik ki, yaxşı ideyan varsa, QHT sektoru onu dəstəkləyə bilər və sən öz biznesini qura bilərsən. Qaliblər çox maraqlı layihələrə başlayıblar və düşünürəm ki, işlərini uğurla davam etdirəcəklər”, – Kamran Əfəndiyev biildirib.

Kamran deyir ki, layihənin bitməsinə baxmayaraq, onlar gənclərin başladığı işə fəal dəstəklərini davam etdirirlər.

LİNKS layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə “Açıq Cəmiyyət Fondu” və “BMT-nin Gürcüstan Assosiasiyası” tərəfindən həyata keçirilir. Layihənin yerli tərəfdaşları “Yeni Düşüncə İnstitutu” və “Marneuli Demokrat Qadınlar Cəmiyyəti” idi.

Print Email
FaceBook Twitter Google