Marneulili pedaqoq Samirə İsmayılova Milli Müəllim Mükafatına layiq görülüb
Marneulili pedaqoq Samirə İsmayılova Milli Müəllim Mükafatına layiq görülüb. O, Marneuli bələdiyyəsinin Qasımlı kənd ictimai məktəbinin ingilis dili müəllimidir. Milli müəllim günü ilə əlaqədar mükafatlandırma bu gün, 27 oktyabr tarixində Tbilisi Zakaria Paliaşvili adına Dövlət Opera və Balet Teatrında baş tutub.

Hökumətin qərarı ilə müəllimlər günü olaraq 27 oktyabr, İakob Qoqebaşvilinin doğum günü seçilib.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, qeyd olunan tarixdə, “Cəmiyyətin və təhsil sisteminin inkişafında xüsusi xidmətlərinə görə əməkdar müəllimlər hər il mükafatla təltif olunacaqlar”.

Mükafatı qazanan müəllimlərə xüsusilə hazırlanmış döş nişanı və 10 000 lari dəyərində pul mükafatı verilib.

Print Email
FaceBook Twitter Google