Gürcülərin Rusiya ali məktəblərində təhsil alması üçün qeydiyyat müddəti uzadılıb
İsveçrənin Gürcüstandakı səfirliyinin Rusiya maraqları bölməsinin dərc etdiyi bəyanata görə, gürcülərin Rusiya universitetlərində təhsil alması üçün qeydiyyat müddəti uzadılıb. Əgər indiyədək ərizələrin qəbulu üçün son tarix noyabrın 1-i idisə, bu dəfə gürcülərin dekabrın 15-dək qeydiyyatdan keçə biləcəkləri məlumdur.

Müsabiqədə Gürcüstan vətəndaşları və Gürcüstan ərazisində yaşayan vətəndaşlığı olmayan şəxslər iştirak edə biləcəklər.

Məlumat üçün bildirək ki, Rusiya mətbuatının məlumatına görə, 2024-25-ci tədris ilində federal büdcədən maliyyələşdirilən kvota ilə Rusiya ali məktəblərinə qəbul olmaq üçün Gürcüstandan olan 100-dən çox abituriyent artıq ərizə verib. Kvota 200 yerdir və Gürcüstandan olan abituriyentlərə istənilən Rusiya universiteti arasında seçim etmək təklif olunur.

Lakin qeyd edək ki, Lomonosov adına Moskva Dövlət Universiteti, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu bu siyahıya daxil edilməyib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər