Marneulinin 2 saylı ictimai məktəbi Niko Ketsxoveli məktəb mükafatının qalibidir

Marneuli şəhər 2 saylı ictimai məktəbinin “Bizim gələcəyimiz üçün” vətəndaş və eko-klubu Niko Ketsxoveli məktəb mükafatının qalibi olub.


Qaliblər final görüşündə – 6 noyabr tarixində keçirilən tədbirdə mükafatlandırılıblar. Pedaqoq və həmin klubun qəyyumu Temur Suğaşvili bizimlə söhbəti zamanı bildirdi ki, onların fəaliyyətinin əsas istiqamətlərindən biri həmişə ekologiya ilə bağlı işlər olub.

Pedaqoq deyir ki, qazandıqları mükafat – 5000 lari ilə Eko-gəzinti klubu yaradacaqlar. Klub bir neçə mühüm məqsədə nail olmağa istiqamətlənəcək.

“Niko Ketsxoveli məktəb mükafatı davamlı inkişaf məqsədlərinin məktəb səviyyəsində tətbiq edilməsinə xidmət göstərir. Bizim məktəb və məktəbin Vətəndaş Klubu bu istiqamətdə ötən illərdə də fəal şəkildə işləyirdi. Amma ötən il məktəb mükafatında iştirak etməyə qərar verdik. Çünki yaxşı təcrübəmiz var idi. Bu fəaliyyətə qoşulduq, 4170 “ting” topladıq, bu “tinglər” finalda 4,17 xal hesablandı. Dünənki final bloku çox mühüm hissə idi. 35 məktəb iştirak edirdi, onlar arasında ən yaxşısı Marneulinin 2 saylı ictimai məktəbi oldu. Bu qələbə bizim ekoloji fəaliyyətimiz üçün çox mühümdür. Ekospikerlər təşəbbüslərini səsləndirdilər. Əgər qalib gələrsək, 5000 lari dəyərində mükafatı Marneulidə Eko-gəzinti klubu yaratmağa xərcləmək istəyirik. Bu klub qızları və oğlanları birləşdirəcək, bir neçə məqsədə xidmət göstərəcək. Onlardan biri gender bərabərliyi, qoruqda olan ərazilərin məşhurlaşdırılması, meşənin qayğısına qalma bacarıqlarının inkişafı və. s olacaq”, – Temur Suğaşvili bildirir.

Gənclərin Ətraf Mühit Müsabiqəsi – Niko Ketsoxevli məktəb mükafatı CENN tərəfindən “Gürcüstanda meşənin davamlı idarə edilməsi” layihəsi çərçivəsində, Avstriyanın İnkişaf Əməkdaşlığının/Austrian Development Cooperation maliyyə dəstəyi ilə 2015-ci ildə təsis edilib.

Müsabiqənin əsas məqsədi məktəb şagirdlərinə davamlı inkişaf məqsədləri haqqında məlumat verilməsi, təbii və sosial mühitin yaxşılaşdırılması üçün öz əlləri ilə dəyişikliklər həyata keçirmək imkanlarının göstərilməsidir. Müsabiqəyə qoşulmuş şəxslərin özləri davamlı inkişaf prosesinin iştirakçısı olurlar.

 

 

Print Email
FaceBook Twitter Google