“İnsan insan üçün günəşdir” – Şulaveri 1 saylı ictimai məktəbində xeyriyyə festivalı keçiriləcək
“İnsan insan üçün günəşdir” – Şulaveri 1 saylı ictimai məktəbində xeyriyyə festivalı keçiriləcək. Məktəbin müəllimi Dali Kekelidze “Marneuli” radiosuna bildirib ki, tədbir müxtəlif aktivliklərlə dolu olacaq. Əldə olunan vəsaitlə fiziki imkanları məhdud şəxsə kömək edəcəklər.

“Festival mərçivəsində əl işlərinin sərgi-satışı, validyenlərin hazırladığı xaçapuri, pitsanın satışı təşkil olunacaq. Təqdimat, voleybol üzrə turnir, konsert və başqa aktivliklər keçiriləcək”, – Dali Kekelidze bildirdi.

Xeyriyyə festivalı Roman Zoidze adına Şulaveri 1 saylı ictimai məktəbində saat 12-də başlayacaq.

Print Email
FaceBook Twitter Google