“Azad ol” – Marneulili gənclərlə müzakirə keçirilib
17 noyabr tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində gənclərlə müzakirə baş tutub. “Azad ol” – Marneuli İcma Koalisiyası “Sağlam və təhlükəsiz gələcək üçün” tərəfindən keçirilən tədbir belə adlanır.

Tədbirdə iştirakçıları gənclərdə psixotrop maddələrdən istifadəsinin və digər antisosial davranışların qarşısının alınması haqqında məlumatla tanış ediblər.

“Biz psixotrop maddələrdən istifadəsi və asılılıq xəstəliyi haqqında müzakirə apardıq. İstəyirik ki, bu problemlə bağlı daha çox məlumat verək. Daha sonra bu maddələrdən istifadə edib-etməyəckləri arasında seçim etsinlər. Biz heç kimi məcbur edə bilmərik, ancaq nə qədər çox məlumatları olsa, onların düşünəcəklərinin, düzgün seçim edəcəklərinin ehtimalı yüksəkdir”, – Narkoloq Tamar Sirbiladze deyir.

Marneuli İcma Koalisiyasının sədri Emilya Bayramovanın sözlərinə görə, seminardan sonra gənclər üçün psixotrop maddələrdən istifadə etmək mövzusunda üç nominasiyada – esse, video, foto və ya rəsm nominasiyalarında müsabiqə elan olunacaq. Gənclər 30 noyabr tarixinə qədər öz işlərini təqdim edə bilərlər.

Müsabiqədə seçiləcək yerlər:
  • Ən yaxşı esse – I,II, III yer
  • Ən yaxşı video – I,II, III yer
  • Ən yaxşı rəsm və ya foto - I,II, III yer
“Bugünkü görüşün məqsədi gənclərə hansı zərərli maddələrin olduğu, onların sağlamlığa və insan psixikasına nə dərəcədə pis təsir göstərdiyi haqqında məlumat verməkdir. Görüş bizim gənclərimizin daha təhlükəsiz gələcəyinin olması məqsədi ilə baş tutdu. Marneulidə yaşayan və maraqlanan bütün şəxslər koalisiyanın üzvüdürlər. İstəyi olan hər kəs bizə qoşula bilər. Biz üç istiqamətdə işləyirik. Bu narkomaniya ilə mübarizə, qumar oyunları və tütündür. Qeyd etməliyik ki, bizim görüşün əsas məqsədi gənclər üçün müsabiqə təşkil etməkdir. Bu esse, video, foto müsabiqə ola bilər. Bununla narkotik maddələrin nə dərəcədə ziyanlı olduğunu göstərməlidirlər”, – Emilya Bayramova bildirib.

Sağlam və təhlükəsiz gələcək üçün – Marneulidə İcma Koalisiyası bir neçə aydır, yaradılıb. Koalisiya mətbuat, meriya, təhsil sahəsi və müxtəlif təşkilatlardan 30-a yaxın nümayəndəni özündə birləşdirir. Koalisiyanın yaradılmasına “Bemon” ictimai birliyi dəstək göstərib.

Print Email
FaceBook Twitter Google