ADA Universitetinin prorektoru Vəfa Kazdalın başçılığı ilə nümayəndə heyəti Gürcüstanda səfərdədir

ADA Universitetinin prorektoru Vəfa Kazdalın başçılığı ilə nümayəndə heyəti Gürcüstanda səfərdədir.



Səfər çərçivəsində ADA Universitetinin nümayəndə heyəti M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Tbilisidəki 73 saylı və 64 saylı məktəblərin direktorları, müəllim və şagirdləri ilə görüşüb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov bildirib ki, ADA Universiteti Gürcüstandakı soydaşlarımızla bağlı təhsil proqramları hazırlayıb. Görüşün əsas məqsədi də müəllimlərə, tələbə və fəal şagirdlərə ADA Universiteti barədə ətraflı məlumat verməkdir.

Sonra prorektor Vəfa Kazdal universitetin fəaliyyət istiqamətləri, tələbələr üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib.

"Gürcüstanda yaşayan soydaşlarımız həm ADA Universitetində, həm də Qazax Müəllimlər Seminariyasında yüksək səviyyədə təhsil ala bilərlər. Bundan başqa, ADA Universitetinin dəstəyi ilə müəllimlər müxtəlif sahələr üzrə ixtisasartırma kurslarında da iştirak edə bilərlər. Əsas məqsəd Gürcüstandakı soydaşlarımızın Azərbaycanda yüksək səviyyədə bakalavr və magistr dərəcəsində təhsil almalarına və onların öz ölkələrinə qayıdaraq bilik və bacarıqlarını soydaşlarımıza öyrətməsinə şərait yaratmaqdır".

Görüşdə, həmçinin bildirilib ki, universitetdə Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycan dilində Təhsil üzrə menecment, Təlim və tədrisin təşkili və metodikası, Dövlət idarəetməsi ixtisasları üzrə təqaüdlü təhsil ala bilərlər.

 

Mənbə: report.az

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər