"Gürcüstanın müxtəlif universitetlərini bitirənlər ADA-da təhsilini davam etdirə bilərlər" – Vəfa Kazdal
"Gürcüstanın müxtəlif universitetlərini bitirən azərbaycanlı və gürcü gənclər ADA Universitetində təhsillərini davam etdirə bilərlər. Bunun üçün ADA Universitetində hər cür imkan var".

Bu sözləri Tbilisidə səfərdə olan ADA Universitetinin prorektoru Vəfa Kazdal noyabrın 20-də Gürcüstan təhsil və elm nazirinin müavini Nodar Papukaşvili ilə görüşdə söyləyib.

Görüşdə iki ölkənin təhsil nazirlikləri, ayrı-ayrı universitetləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı imkanlar müzakirə edilib, tələbə mübadiləsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gürcüstan tərəfinə ADA Universitetində təhsilin yüksək səviyyəsi, dünyanın aparıcı elm ocaqlarının ADA Universitetinə marağının artması, universitetdə kadr hazırlığı ilə bağlı tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verilib.

ADA Universitetinin nümayəndə heyəti bu gün, həmçinin Tbilisi Dövlət Universitetində olub, qarşılıqlı əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Qeyd edək ki, görüşdə, həmçinin ADA Universitetinin Tələbə qəbulu şöbəsinin müdiri Mahnur Abbasova, universitetin Qazax Müəllimlər Seminariyasının layihə meneceri Samirə Ağayeva və Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov iştirak ediblər.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər