Gürcüstan universitetlərində bəzi peşələr onlayn tədris oluna bilər
Gürcüstan universitetlərində müəyyən peşələr üçün onlayn təhsil mövcud ola bilər. Bu barədə Gürcüstan hökumətinin parlamentin 2024-cü il yaz sessiyası üçün qanun yaradıcılığı fəaliyyətinin qısamüddətli planında qeyd olunub.

Hökumətin planında qeyd olunduğu kimi, Gürcüstanın “Ali təhsil haqqında” qanununa dəyişikliklərin edilməsi nəzərdə tutulur. Qanunvericiliyə dəyişikliklərlə, o cümlədən:
  • • Distant peşə proqramlarının həyata keçirilməsi imkanları müəyyən edilir;
  • • Elektron təhsil konsepsiyasına düzəlişlər ediləcək və yeni qaydalarla formalaşacaq;
  • • Bakalavr, magistratura və doktorantura proqramlarında elektron təhsilə qismən icazə veriləcək;
  • • Proqram yenidən akkreditasiya olunarsa, magistraturada tam elektron şəkildə təhsil almaq mümkün olacaq;
Elektron təhsil komponentindən qismən və ya tam istifadənin mümkün olacağı təhsil sahələrinin siyahısını təhsil, elm və gənclər naziri müəyyən edəcək.

Mənbə: BPN

Print Email
Tags: Gürcüstan
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər