Dövlət ümumtəhsil məktəblərində direktorların seçilməsi müsabiqəsi elan edilir
Təhsil Nazirliyi dövlət ümumtəhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqə elan edir. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, namizədlərin qeydiyyatı fevralın 19-da başlayacaq və fevralın 29-da başa çatacaq.

Müsabiqədə iştirak etmək üçün aşağıdakılar lazımdır:
• Ali təhsil;
• Ən azı 3 il iş təcrübəsi (ən azı bir il pedaqoji təcrübə də daxil olmaqla).

Nazirlik qərara alıb ki, namizədlərin seçimi yalnız bir test və bir müsahibə ilə aparılacaq və əlavə sertifikatlaşdırma (test, müsahibə) artıq lazım deyil. Mövcud təcrübəyə əsasən, namizəd attestasiyadan sonra müsahibə yolu ilə seçilir.

Namizədin qeydiyyatı üçün tələb olunur:
• Şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti;
• Fotoşəkil;
• Təhsil haqqında sənədin surəti;
• İş təcrübəsi haqqında məlumat;
• Tibbi-narkotik ekspertizası haqqında arayış;
• Məhkumluq haqqında bildiriş.

Hazırda Gürcüstanda 1000-ə yaxın dövlət məktəbinin direktoru yoxdur. Təhsil naziri Qiorqi Amilaxvari dekabr ayında direktorların seçilməsi üçün yenidən müsabiqə elan ediləcəyini bildirmişdi.

Nazirin bu qərarından əvvəl nazirliyə namizədlərin nazirlik binası yaxınlığında bir neçə günlük etiraz aksiyası keçirilib – onlar özlərini “bloklanmış namizədlər” adlandırıblar.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər