SOCAR tədris haqlarının ödənilməsi ilə bağlı ərizələrin qəbuluna başlayır
2023-2024-cü tədris ilinin 1-ci semestr üçün təhsil haqqının ödənməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti “SOCAR”a müraciətlərin qəbuluna 1 mart tarixində başlanılacaq və 10 mart tarixinə qədər davam edəcək.

Qeyd edək ki, “SOCAR” 2022-2023-cü tədris ilinə qədər, balı orta hesabla 61 olan tələbələrin təhsil haqqını ödəyəcək. 2022-2023-cü tədris ili də daxil olmaqla sonrakı illərdə qəbul olan tələbələrin orta balı ən az 81 olmalıdır.

Nəzərinizə çatdırırıq ki, müraciət formasını yuxarıda qeyd olunan şərtlərə cavab verən tələbələr doldura bilərlər.

Müraciətlər hər semestrin yekununda açılır və internet saytında qeydiyyatdan keçmiş, eyni zamanda müəyyən olunmuş balı topladıqda ödəniş həyata keçirilir.

Aşağıda qeydiyyatdan keçmək üçün lazım olan məlumatları sizə təqdim edirik:
  • Şəxsi məlumatlar
  • Ailə məlumatları
  • Təhsil
  • İş təcrübəsi
  • Əlavə bilik və bacarıqlar
Gürcüstan ali təhsil müəssisələrində oxuyan tələbələr müraciətlərini qeyd olunan keçiddən istifadə edərək https://myscholarship.ge/ elektron formada həyata keçirə bilirlər.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti “SOCAR” 2008-2009-cu tədris ilindən etibarən “1+4” proqramı üzrə təhsil alan etnik azərbaycanlı tələbələrin təhsil haqlarını ödəyir.
Print Email
FaceBook Twitter Google