Çökmüş döşəməni örtmək üçün düzülmüş taxta pillələrə kiminsə evində
rast gəlsəniz yəqin ki, təəccüblənməzdiniz.
Amma belə görüntüyə bələdiyyə nəqliyyatında rast gəlsəniz
təəccüblənərdiniz.
Maka Menteşaşvili Seretelidən Təkəliyə hər gün gedir. O, Təkəli
məktəbində gürcü dili müəllimidir. Maka sosial şəbəkədə şəkillər
yayımlayır və orada Marneuli-Qırmızı körpü marşrut xəttində çalışan
avtobus görsənir.
Maka Menteşaşvili facebook
səhifəsində onu da qeyd edir ki, Marneuli-Qırmızı körpü avtobusu
bəzi hallarda ümumiyyətlə çalışmır.
Qeyd edilməlidir ki, Qırmızı Körpüdə Gürcüstan-Azərbaycan buraxılış
məntəqəsi yerləşir.
Büdcəli turistlər isə çox hallarda məhz döşəməsinə taxta vurulmuş
avtobusla Marneuliyə gəlməli olurlar.
Taxta ilə yanaşı bələdiyyə nəqliyyatı dəmir parçaları ilə də
“yamanıb”.