“Salam” – etnik azərbaycanlılara qarşı formalaşmış təsəvvürləri dəyişmək üçün platforma

“Salam” – etnik azərbaycanlı gənclərin öz ictimaiyyətlərində olan problemlərlə bağlı danışmaq və gürcü cəmiyyətində etnik azlıqlara qarşı formalaşmış təsəvvürləri dəyişmək üçün yaradılıb.



“Biz istəyirik ki, etnik azərbaycanlılar haqqında olan təsəvvürləri dəyişək, nəinki etnik azərbaycanlıların icması arasında, hətta gürcü cəmiyyətində və etnik azlıqlarla çalışan beynəlxalq təşkilatlarda yaranmış təsəvvürləri dəyişəcəyik. “Salam” məhz illər ərzində gürcü cəmiyyəti tərəfindən bilərək yaxud bilmədən, etibar ya etibarsızlıq, münasibətlərin olması və ya olmaması səbəblərindən formalaşmış stereotipləri, portreti dəyişəcək platformadır. Biz xalqa göstərmək istəyirik ki, bu rəngarəngdir”,
– platformanın təsisçilərindən biri olan Kamran Məmmədov deyir.

Platforma ilk bəyanatını artıq verib. “Salam, biz gəldik!” – gənclərin müraciəti belə başlayır və onlar öz icmalarında olan problemləri ictimailəşdirməyə, erkən evlilik və qızların zorla qaçırılmasına etiraz etməyə çağırırlar.

“Gəlirik ki, icmamızn və cəmiyyətimizin problemlərini səsləndirək! Gəlirik ki, ədalətsizliyə qarşı mübarizə aparaq! Gəlirik ki, qızların zorla qaçırılmasına və erkən evliliyə etiraz edək! Gəldik ki, müəllimlərimizə, həkimlərimizə, alimlərimizə, mühəndislərimizə dəstək olaq! Gəldik ki, öz mədəniyyətimizi və tariximizi qoruyaq! Həmid, sən tək deyilsən... Müəllimə toxunma, əgər deməyə sözün varsa, mənə de. Mən Həmidəm...Biz də Həmidik!” – platforma üzvlərinin ilk video müraciəti belədir və gənclər bu müraciəti Azərbaycan dilində yazıblar.

Kamran Məmmədov bizimlə söhbəti zamanı qeyd etdi ki, bu video müraciət icmada mövcud olan problemlərlə bağlı səsini ucaltmaq istəyən, ancaq cəmiyyətin təzyiqlərinə görə səsini çıxara bilməyən gənclər üçündür.

“Salam”
artıq əhali ilə görüşlər planlaşdırır. 27 oktyabrda Qardabanidə velo-tur təşkil olunacaq və turun üç məqsədi var.

“Qardabanidə velo-tur ona görə planlaşdırılıb ki, Həmidə dəstək olaq, ikinci məqsədi isə sağlam həyat tərzindən danışmaq və yaşıl fəallıqdır. İstəmirik ki, əhali etnik azərbaycanlıların yalnız erkən evlilik və inteqrasiya üçün narahat olduğunu hesab etsinlər. Göstərmək istəyirik ki, “yaşıllıq” bizim içimizdədir və biz ətraf mühitin qayğısına qalırıq. Turun daha bir məqsədi Qardabanidə yerləşən ilk azərbaycanlı deputat xanım, Pərixanım Sofiyevanın ev-muzeyinin tanıdılmasıdır”, – Kamran Məmmədov deyir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google