Ruhani şəxsin Nərimanov məsələsinə müdaxiləsi bizi haraya aparıb çıxaracaq – tarixçinin və filoloqun dəyərləndirməsi

"Mənim fikrimcə yepiskopun bəyanatı tarixi ədalət yaxud tarixi məsələ ilə bağlı deyil. Bu hökmranlıq üçün mübarizədir. Bu ruhani şəxsin bəyanatıdır, bu siyasi ultimatumdur”,

– tarixçi Davit Cişkariani “Marneuli” radiosu ilə söhbətində Marneuli və Hucabinin yepiskopu Qiorqinin (Camdeliani) Marneuli merini Nəriman Nərimanovun heykəlinin sökməyə çağırması ilə bağlı bəyanatına münasibət bildirib.

Yepiskop 24 may tarixində həftəlik ayin zamanı Marneulinin Mədəniyyət Evininin ərazisindəki parkda yerləşən Nəriman Nərimanovun abidəsindən danışıb və Marneuli merini abidənin bərpasına görə üzr istəməyə və dərhal abidənin sökülməsinə başlamağa çağırıb. O, Zaur Darğallının hərəkətini vicdansızlıq olaraq qiymətləndirib və bugünkü hakimiyyəti Marneulidə olan vəziyyətə müdaxilə etməyə, Sovet İttifaqı və faşizm rəmzlərini aradan qaldırmağa çağırıb. Yepiskopun sözlərinə görə, Nərimanovun heykəli də onlardan biridir. Bizimlə söhbəti zamanı tarixçi deyir ki, yepiskopun bəyanatında bir növ siyasi şikayət var.

“Mən bildiyimə görə, o zamankı (XX əsr) siyasi məkan üçün ziyalı idi (Nəriman Nərimanov). Yepiskopun sözlərini qiymətləndirmək çox çətindir. Digər tərəfdən mövzunu dərk etmək necədir. Bu bir-birinə problem yaradır, ancaq maraqlıdır, əgər Filipe Maxaradzenin və Serqo Orconikidzenin xəyanəti yepiskopu narahat edirsə, o zaman Stalinin Qoridə yerləşən muzeyi niyə narahat etmir?”

Tarixçi Davit Cişkariani deyir ki, bir yepiskop kimi ultimatum dili ilə danışmaq düzgün deyil və Nəriman Nərimanovun bioqrafiyası haqda danışmaq bu halda yersiz də ola bilər.

“Ehtiyat etmək lazımdır. Bu şəxs Azərbaycanlı icma üçün vacib fiqura çevrilib. Diqqət yetirsəniz görərsiniz ki, yepiskop heç yerdə bu şəxsin töhfələrini qeyd etmir. Bəlkə yepiskop da Nərimanov haqda nələrisə bilmir. Öz bəyanatından niyə belə birmənalı şəkildə əmindir? Heykəl əlbəttə ki, yaddaş siyasətinin bir qismidir. Yaddaş siyasəti süni olaraq yaradılır. Sovet abidələri süni olaraq qoyulurdu. Tarixin ədalətindən danışanda isə qeyd edək ki, abidələr tarixin həqiqətini göstərmirlər. Yepiskop tarixdən danışırsa, bunları bilməlidir. Ancaq bu tarix haqda danışmaq deyil. Bu siyasi bəyanatdır. Sadəcə yepiskop “Direktor mənəm” filmindən bir bəyanat verib. Bunun tarixlə heç bir əlaqəsi yoxdur.”

Filoloq Oqtay Kazımov hesab edir ki, yepiskopun bəyanatı Nəriman Nərimanov mövzusunu “kənara qoya” bilər və Gürcüstanın bu ərazisində Azərbaycanlı icması ilə əlaqədar olan hər şeyi silə bilər. Bu kimi bəyanatlar isə emosional fonda qarşıdurmaya səbəb olacaq. Filoloqun sözlərinə görə, Nəriman Nərimanov məsələsi bir neçə yöndən müzakirə oluna bilər.

“Çox kobud şəkildə desəm, o miqyasda deyil, ancaq öz seçimində yanılan, sonradan bunu başa düşən şəxslər sırasındadır. Pis müqayisədir, amma mənasını göstərir. Məsələn Qiorqi Saakadze haqqında da bu gün ikili fikirlər var ki, qəhrəmandır, yoxsa xəyanətkar. Nəriman Nərimanov bir neçə planlı adamdır. Bu günün baxışından nəzər salsaq, deyə bilərik ki, o, yazıçıdır, dramaturqdur, şeirlər müəllifidir. Öz kəndində ilk tibbi mərkəzi açıb, tibb və islamla bağlı kitablarının müəllifidir. Yeri gəlmişkən, Azərbaycanda, Azərbaycan Sovet Respublikasında azərbaycan dili rəsmi dil oldusa, bu onun xidmətidir. Çünki bir neçə nəfər rus dilinin rəsmi dil elan edilməsinə cəhd edirdi, bu kişi tək mübarizə aparırdı və buna da nail oldu".

Oqtay Kazımov düşünür ki, yepiskopun bəyanatı birtərəfli münasibəti göstərdi.

“Əgər biz heykəlin ağrısız şəkildə dəyişdirilməsini və ya sökülməsini istəyiriksə, icma yavaş-yavaş bu fikrə gəlməlidir ki, Nərimanov müasir tələblərə cavab vermir, amma bizim bu gün gördüklərimiz Stalinə pərəstiş və açıq təxribatdır. Mənim heç kimlə qəsdim yoxdur, amma Marneulidə Şaumyan kəndi var. Həmin Şaumyan da bolşevik idi. Mən demirəm Şaumyan indi dəyişməlidir, amma birtərəfli yanaşmalar var. Əgər qanun varsa, hamıya aid olmalıdır.”

1916-cı ilin dekabr ayında Nərimanovu “Xalqlar Evinin”, Bakı bolşeviklər təşkilatının leqal mərkəzinin idarəsinə seçdilər. 1918-ci ilin mart ayında Bakının inqilabçılar təşkilatının komitə üzvü idi. 1918-ci ilin payızından Bakının Osmanlı işğalından sonra o, şəhəri tərk edir və Moskvaya gedir. 1919-cu ildən Leninin təşəbbüsü ilə xarici işlər üzrə xalq komissarlığının yaxın Şərq şöbəsinə rəhbəri təyin edilir. Azərbaycanın bolşevik işğalının təşəbbüskarlarından biri idi.

1920-ci ilin aprel ayında Bakının Bolşevik işğalı zamanı Azərbaycanın inqilab komitəsinin sədri idi. 1920-ci ildə Nərimanovun xidmətləri haqqında məlumat azdır. Eyni zamanda Azərbaycan dilli materiallarda da Nərimanovun həyatının təfərrüatları haqda məlumat verilməyib.

1924-cü ildən Şərqin əməkçi kommunistlər universitetində ictimai elmlər üzrə leksiyalar oxumağa başlayır. Moskvada qeyri-müəyyən vəziyyətdə, rəsmi versiyaya görə ürək çatışmazlığından dünyasını dəyişib.

Marneuli radiosu bütün gün ərzində Marneuli meri Zaur Darğallı ilə əlaqə saxlamağa çalışdı. O, bizim zənglərimizə cavab vermədi. Eləcə də Marneulinin majoritar deputatı Tamaz Naverianinin mövqeyini öyrənmək istədik. O, bizə vəd verdi ki, məsələni araşdıracaq. Marneulinin majoritar deputatlarından biri Ruslan Hacıyev də radionun zənglərinə cavab vermədi.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google