Dövlət 33 000 tələbənin bir ilin və ya bir semestrin təhsil haqqını ödəyəcək

Sosial reytinq balı 150000-ə qədər olan tələbələrin bir semestrinin təhsil haqqı dövlət tərəfindən ödəniləcək.



Bundan əlavə, reytinq balı 150.000 olan və təhsil haqqının ödənilməməsi səbəbindən statusu dayandırılmış tələbələrin 2020-21 tədris ilinin təhsil haqqı da dövlət tərəfindən ödəniləcək.

"Sosial baxımdan reytinq balı 150 000-dək olan bütün tələbələr, 2020-2021 tədris ilinin bir semestri üçün dövlətdən təhsil haqqı alacaqlar. Bundan əlavə, təhsil haqqının ödənilməməsi səbəbindən tələbə status dayandırılan və sosial reytinq balı 150 000-ə qədər olan bütün tələbələrə, 1 ilin, 2020-21-ci tədris ilinin təhsil haqqı - 1225 lari dövlət tərəfindən kompensasiya ediləcək", - deyə baş nazir Qiorqi Qaxariya bildirib.

Onun sözlərinə görə, nəticədə 33 mindən çox tələbə bu güzəştlərdən yararlanacaq.
Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google