Aİ Gürcüstanda qəbul olunan qanun layihəsini qınayıb
Avropa İttifaqı Gürcüstan parlamentində “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin qəbulunu narahatedici hadisə adlandırıb.

Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi və Avropa İttifaqının Genişlənmə və Qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelyinin birgə bəyanatında qeyd olunub.

"Bu gün Gürcüstan parlamenti Avropa İttifaqının dəfələrlə bu cür qanunvericiliyi geri götürmək çağırışlarına və kütləvi etirazlara baxmayaraq, “Xarici təsirlərin şəffaflığı haqqında” qanununu birinci oxunuşda qəbul edib.

Bu, çox narahatedici hadisədir və bu qanunun yekun qəbulu Gürcüstanın Aİ yolunda irəliləyişinə mənfi təsir göstərəcək. Bu qanun Aİ-nin əsas norma və dəyərlərinə uyğun deyil",
- birgə bəyanatda deyilir.

Qeyd olunub ki, sözügedən qanun vətəndaş cəmiyyəti və media təşkilatlarının sərbəst fəaliyyət imkanlarını məhdudlaşdıracaq, ifadə azadlığını məhdudlaşdıra və Gürcüstan vətəndaşlarına fayda verən təşkilatları ədalətsiz şəkildə ləkələyə bilər.

"Aİ Gürcüstanı onun Aİ-yə üzvlük yoluna xələl gətirə biləcək qanunları qəbul etməkdən çəkinməyə çağırır", - bəyanatda vurğulanıb.

Mənbə: apa.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google